Bayden yenə qarışdırdı: Putinin soyadını səhv dedi – VİDEO
ABŞ prezidenti Cozef Bayden Rusiya ilə bağlı çıxışı zamanı bir neçə səhvə yol verib.
Ağ Ev rəhbəri eskalasiya və vaksinasiyanı qarışdırıb, habelə Rusiya prezidenti Vladimir Putinin adını səhv tələffüz edib.
Amerika lideri əvvəlcə “ABŞ peyvənd dövrü … eskalasiya və Rusiya ilə qarşıdurmaya başlamaq istəmir”, – deyib.
ABŞ rəhbəri sonra çıxışını davam etdirib və “prezident Klutin” deyərək Rusiya prezidentinin soyadını səhv səsləndirib. Lakin dərhal sonra səhvini düzəldib.
Daha əvvəl Cozef Bayden ictimaiyyət qarşısında çıxışı zamanı Birləşmiş Ştatların vitse-prezidenti Kamala Harrisi dövlət başçısı adlandırıb. “Nə vaxt ki, prezident Harris və mən…”, – Cozef Bayden peyvəndlənmə kampaniyası üzrə müvəffəqiyyətlərdən danışarkən deyib. Ötən ilin sentyabr ayında, seçkidə qalib gəlməzdən əvvəl Harrisin özü də, Baydenin qələbə çalacağı təqdirdə gələcək ABŞ prezident administrasiyasının planlarını dilə gətirərkən “Harris administrasiyası” ifadəsindən istifadə edib.