Türk diplomat “Bayraktar”larla bağlı Lavrova cavab verdi

Adının açıqlanmasını istəməyən bir türk diplomat Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Türkiyənin məşhur Bayraktar TB2 pilotsuz təyyarələrini Kiyevə sataraq Donbasdakı müharibəyə təşviq etməsi ilə əlaqədar dediyi fikirlərə cavab verib. 
Bu haqda “Türkiyə” qəzetinin məlumatında deyilir. Ankara diplomatı Türkiyənin konkret olaraq kimə silah satacağı ilə bağlı heç bir fərq qoymadığını bildirib.
“Rusiya da pilotsuz uçan aparatlar almaq istəyirsə, onlara da satacağıq”, – mənbə əlavə edib. O, Türkiyənin bəzi ölkələr kimi ön şərt qoymadığını da söyləyib.
Kimsə Türk müdafiə sənayesindən bir məhsul almaq istəyirsə, satırlar. “Hücum İHA-ları Rusiyaya və ya başqa bir ölkəyə qarşı yönəlməyib”, – diplomat əmin edib.
Türk diplomat “Bayraktar”larla bağlı Lavrova cavab verdi
Bundan əvvəl Ukraynanın Türkiyədən aldığı “Bayraktar” pilotsuz təyyarələrinin “Panzir-S1” zenit-raket komplekslərinin mövqelərini tapmağı bacardığı bildirilmişdi. Məhz bundan sonra Moskva Kiyevə zərbə dronları satdığı üçün Türkiyəni tənqid edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password