“Rusiya Ukrayna ilə sərhəddə qoşunlarını gücləndirməkdən imtina etməlidir”
Almaniya Kansleri Angela Merkellə ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.
TASS-ın yaydığı xəbərə görə, bu barədə jurnalistlərə AFR Narizlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib.
“Kansler və Prezident Əfqanıstandakı vəziyyəti və NATO qoşunlarının iştirakına dair gələcək addımları müzakirə etdilər. Onlar sıx əlaqələndirmənin və əməkdaşlığın, eləcə də ölkənin rifahı naminə siyasi səylərin davam etdirilməsinin vacibliyini vurğuladılar”, – Zaybert qeyd edib.
“Söhbətin digər mövzusu Şərqi Ukrayna ətrafında vəziyyət oldu. Kansler və Prezident eyni fikirdə idilər – vəziyyətdən çıxmaq üçün Rusiyadan qoşunlarının bu yaxınlardakı gücləndirilməsindən imtina etməyi tələb etmək lazımdır”, – o bildirib.
Bundan başqa, Zaybertin sözlərinə görə, Merkel və Bayden koronavirus pandemiyasına qarşı mübarizə məsələlərini müzakirə ediblər. “Onlar vaksinlərə qlobal və ədalətli çıxış imkanlarının təmin edilməsinin vacibliyini vurğuladılar”, – AFR Narizlər Kabinetinin rəsmi nümayəndəsi qeyd edib. Zaybert bildirib ki, Kansler və Prezident hər iki ölkənin buna can atdığını vurğulayıblar.