Putin Bakıdan qayıdan Lukaşenkoya zəng edib
Prezidentlər Qarabağ münaqişəsinin nizamlanması mövzusunda fikir mübadiləsi aparıblar
Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefonda danışıb. Bu barədə Kremlin saytında məlumat verilib.
Telefon danışığı zamanı liderlər ikitərəfli gündəmi müzakirə ediblər.
“Rusiya-Belarus müttəfiqlik münasibətlərinin hərtərəfli möhkəmləndirilməsi üçün qarşılıqlı inam ifadə edildi”, – deyə məlumatda qeyd edilib.
Bununla yanaşı, tərəflərin Qarabağ münaqişəsinin nizamlanması mövzusunda da fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, A.Lukaşenko 2 gün idi ki, Azərbaycanda səfərdə idi. Belarus lideri Bakıda Prezident İlham Əliyevlə görüşüb, mətbuata birgə bəyanatlarla çıxış ediblər. Lukaşenkonun səfəri dünən axşam saatlarında başa çatıb.