“Prezident dünyaya iki mühüm ismarıc verdi” – Deputatdan şərh

 

“Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfrans Azərbaycanın  regionumuzda yaratdığı yeni şərtlərdə baş tutun ilk geniş formatlı beynəlxalq tədbir idi. Konfrans ADA Universitetinin yüksək səviyyəli təşkilatçılığı ilə baş tutdu. Hər şeydən öncə Azərbaycan Prezidenti bu konfrans vasitəsilə dünyaya iki mühüm ismarıc verdi”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, bunlardan biri artıq müharibənin və münaqişənin bitməsi, digəri isə Azərbaycanın yeni mərhələni inkişaf və əməkdaşlıq mərhələsi kimi görməsinin bəyanı idi: “Ancaq şübhəsiz ki, bunlar konfransda ifadə edilən çoxsaylı və mühüm fikirlərdən yalnız ikisi idi. Prezident İlham Əliyev dünyanın ən müxtəlif beyin mərkəzləri təmsilçilərinin suallarını cavablandırarkən, münaqişənin tarixindən, onun həlli ilə bağlı aparılan uzunmüddətli və səmərəsiz danışıqlardan başlamış, erməni vandaliziminin ifşasına, Azərbaycan Ordusunun qəhrəmanlığına qədər, dost ölkələrin beynəlxalq hüququn və ədalətin yanında olunmasından başlamış Ermənistanın təcavüzkarlıq siyasətini və faşist əməllərini dəstəkləyənlərə qədər çox geniş məsələlərə toxundu. Prezident bunu beynəlxalq ictimaiyyətin və qlobal informasiya məkanının diqqətinə təqdim etdi. Bu xüsusda Azərbaycan xalqının tarixi keçmişi, ermənilərin Cənubi Qafqaza necə gələməsi, burada necə dövlət yaratmaları ilə bağlı obyektiv tarixi bilgiləri arqumentləşdirilmiş şəkildə dünyaya təqdim etdi. Lakin bununla belə, Azərbaycanın hazırkı mövqeyinin yeni reallıqda əməkdaşlığın və inkişafın bərqərar olmasına, regionun kommunikasiya və iqtisadi bütövlüyünün təmin edilməsinə və bu prosesdə səmərəli əməkdaşlıq platformasının yaradılmasının vacibliyinə yönədiyini bildirdi. Bunun üçün ilk növbədə Ermənistanın prosesə qoşulması, azərbaycanfobiyadan, türkofobiyadan qurtula bilməsi və yaranmış yeni reallığı obyektiv əsaslarda qiymətləndirə bilməsinin lazım olduğunu  qeyd etdi”.

H. Babaoğlu onu da qeyd edib ki, artıq hər kəsə Qafqaz kimi mürəkkəb bir regionda yaradılmış münaqişə ocaqlarından birini Azərbaycanın öz güclü ordusu vasitəsilə söndürməsi məlumdur: “Bu, ölkəmizə  qalib ölkə statusu qazandırıb. Bütün dünya bu yeni reallığı düzgün qiymətləndirməli, Azərbaycanın əməkdaşlıq və tərəfdaşlıqla bağlı təşəbbüslərini tarixi fürsət kimi dəyərləndirməlidir. Ancaq hər şeydən öncə Ermənistan öz mövcudluğu üçün bu tarixi fürsəti əldən verməməlidir. Çünki Azərbaycan bütövlükdə regionumuzun tarixində geri dönülməsi mümkün olmayan mühüm strateji reallıq yaradıb və gec-tez hamı bununla hesablaşmalı olacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password