“Bəzi dövlət qurumlarında tenderlərin qalibi eyni şirkətlər olur” – Deputat

“Dövlət qurumlarında aparılan araşdırmalarda vəsaitlərin təyinatı üzrə işlədilməməsi və ya xərclərin şişirdilməsi hallarına rast gəlinir”.
Bunu “ARB 24”ün “İş Vaxtı” verilişinə açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, vəsaitlərin qeyri-səmərəli işlənməsinin qarşısını almaq üçün yeni qanun layihəsi işlənilməlidir:
“Əksər hallarda dövlət qurumlarının keçirdiyi tenderlərin rəqabətsiz olması müşahidə olunur. Hesablama Palatasının 2019-cu ildəki rəyinə əsasən tenderlərin cəmi 25 faizi rəqabətli olub.
Bu, o deməkdir ki, keçirilən tenderlərin hər 4-dən 3-ü rəqabətsiz tenderdir. Müşahidələr göstərir ki, bəzi dövlət qurumlarında tenderlərin qalibi eyni şirkətlər olur. Bu səbəbdən dövlət vəsaitinin səmərəli istifadəsi üçün dövlət satınalamalarında və tenderlərin keçirilməsində rəqabətin gücləndirilməsinə ehtiyac var. Satınalmalarla bağlı qanunun yenidən işlənilməli və rəqabətli tenderlər həyata keçirilməlidir. Eyni zamanda elektron tender və dövlət satınalmalarının icbari xarakter alması vacibdir. Çünki bir mənbədən satınalma və rəqabətsiz tenderlər bir sıra dövlət qurumlarında vəsaitin səmərəli xərclənməməsinə gətirib çıxarır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password