Əliyevin bəyanatı Ermənistanda təşviş yaratdı – Paşinyan Lukaşenkonu minnətçi saldı

 

“Ermənistan Baş nazirinin yaxın çevrəsinə daxil olan mənbənin verdiyi məlumata görə, Belarus Prezidentinin Bakıya səfər edib Azərbaycan dövlət başçısı İlham Əliyevlə görüşəcəyini eşidən Paşinyan Aleksandr Lukaşenkoya zəng edib. Ondan Bakıda İlham Əliyevlə görüşü zamanı Azərbaycan rəsmilərinin Ermənistan əhalisini səksəkəyə salan bəyanatlar verməməmsi xahişini çatdırmasını istəyib”.

 Bu barədə politoloq Əlimusa İbrahimov bildirib.

Onun sözlərinə görə,Paşinyan heç olmasa iyunun 20-nə nəzərdə tutulmuş seçkilərə qədər Azərbaycanı dözməyə çağırıb:

“Paşinyanın söylədiyinə görə, İlham Əliyevin son çıxışı zamanı Zəngəzur, Göycə, Yerevana qədər gedəcəklərini dedikdən sonra qorxuya düşən Yerevan sakinləri Rusiya səfirliyi qarşısında növbəyə dayanıblar ki, onların Rusiyaya getməsinə şərait yaradılsın. Paşinyan ehtiyat edir ki, nəzərdə tutulan seçki zamanı Ermənistanda səs verməyə adam qalmasın. Kvorum düzəlməyə bilər. Baş nazirin fikrincə, seçkidən sonra onsuz da Paşinyan hakimiyyəti ölkədən ermənilərin xaricə kütləvi axınına kömək edəcək reformalar həyata keçirəcək. Çünki o erməni millətini düşünən həqiqi liderdir. Nikol hesab edir ki, əgər millət Ermənistanda əziyyət çəkrsə niyə də gedib Rusiyada yaşamasınlar. Aleksandr Lukaşenkonun Paşinyanın xahişini İlham Əliyevə çatdırıb-çatdırmaması haqqında isə hələlik rəsmi məlumat yoxdur”.

Politoloq Ermənistanda iyunun 20-nə təyin olunmuş növbədənkənar parlament seçkisinə qeyri-rəsmi olsa da start verilməsinə diqqət çəkib. Deyib ki, Baş nazir Paşinyan Rusiyaya səfər edib Putinlə görüşdükdən sonra seçki kompaniyasını parlamentdə davam etdirməyə başlayıb:

“Hiss olunur ki, Paşinyanın seçkiqabağı kompaniyası bir neçə mərhələdən ibarət olacaq. İlk mərhələ onun seçkiyə qatıla biləcək və ya elektorata onun əleyhinə təsir göstərə biləcək oppanentlərinın sıradan çıxarılması mərhələsidir. Bu istiqamətdə Nikol Paşinyan uzağa getməyərək yaxın vaxtlara qədər onun xaç atası adlandırılan, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyandan başlayıb. O, Parlamentin iclasında elan edib ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan hələ 2018-ci ilin yayında torpaqları Azərbaycana qaytarmağın vaxtı çatdığını bildirib. Sitat: “Mən ilk prezidentin 2018-ci ilin iyulunda  nə dediyi haqqında bir sirri açıram. O dedi: “Torpaqları verməyin vaxtıdır”. Amma izah edə bilmədi ki, necə və nəyin əvəzində”. Bu Ter-Petrosyanın Baş Nazirin istefasını tələb edən müxalifət qüvvələrinə qoşulmasına Paşinyanın cavabı idi. Eyni zamanda qarşıdan gələn seçkilərdə ilk prezidentin aktiv fəaliyyətini məhdudlaşdırmaq cəhdi idi. Ter-Petrosyana qarşı belə “kompramata” malik olan Nikolda görün digər eks prezidentlər Robert Koçaryan və Serj Sarqsyan haqqında nələr var? Belə getsə, Nikol “açacaq sandığı, tökəcək pambığı”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password