Gürcüstan da Abxaziya və Cənubi Osetiyanı geri almaq üçün aktivləşə bilər” – Politoloq

 

2021-ci il başlanandan Luqansk və Donetsk separatçıları Ukraynaya qarşı təxribatların sayını artırıblar. Rəsmi Kiyev haqlı olaraq bu məsələni həll etmək istəyir.

Bu sözləri açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlu: “Heç bir dövlət bunu bizə qadağan edə bilməz” - Modern.Az  Azərbaycan və dünya xəbərləri

E.Şahinoğlunun sözlərinə görə, Ukrayna ilə bağlı siyasi blokun formalaşmasına ehtiyac var:

“ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, ABŞ, Britaniya, Kanada, Litva və Polşa nümayəndələri Ukrayna ilə bağlı görüş keçiriblər. Göründüyü kimi, qeyd etdiyim siyasi blok ABŞ rəhbərliyində formalaşır. Ehtimal ki, ABŞ və digər ölkələr Ukraynaya dəstək verəcək. Ümumillikdə isə Ukraynanın şərqində baş verən müharibənin miqyası yaxın günlərdə müəyyən etmək olar. Çünki Ukrayna ordusu hələ ki, Donetskətrafı əraziləri 120 mm-lik minaatanlardan atəşə tutur. Əgər Ukrayna ordusu Donetskə girsə, bu zaman Rusiya ordusu da sərhədi keçəcək və müharibənin miqyası böyüyəcək”.

Politoloq qeyd edib ki, Ukrayna-Rusiya müharibəsi Kremlin yaratdığı digər münaqişə ocaqlarını da aktivləşdirə bilər:

“Xüsusilə Moldova və Gürcüstan uzun müddətdir belə bir fürsət gözləyir. Şübhə etmirəm ki, yaxın zamanlarda Gürcüstan da ABŞ-dan aldığı dəstək ilə Abxaziya və Cənubi Osetiyanı geri almaq üçün aktivləşə bilər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password