“Danışıqlardan imtina etməliyik” – Daha bir ölkədən Rusiyaya savaş elanı
Rusiyanın sörf üzrə olimpiya komandasının Kuril adalarındakı məşqləri Yaponiyanı qəzəbləndirib.
Bu barədə “News Japan” nəşrinin məqaləsində bildirilib.
Məqalə müəllifinə görə, rus idmançılarının Kurilə gəlməsi Rusiyanın bu ərazilərə nəzarətini gücləndirməsinin nümayişidir.
Yaponlar sörfçülərin adalardakı məşq düşərgəsini də tənqid edərək, rusların Tokio Olimpiyadasında iştirakına qadağa qoyulmasını istəyiblər:
“Bu, Yaponiya ərazilərinə qanunsuz girişdir, bu səbəbdən Rusiya komandası olimpiadaya buraxılmamalıdır. Bu idmançılar Yaponiyaya gəldikdə, həbs olunmalıdırlar. Ümumiyyətlə, ərazi problemini sülh yolu ilə həll etmək cəhdlərindən imtina edilməli və buna adekvat cavab verməliyik. Yaponiyanın maraqları nəzərə alınmalıdır”.
Qeyd edək ki, İkinci Dünya Müharibəsindən sonra Moskva və Tokio arasında sülh müqaviləsinin imzalanması mümkün olmayıb. Bunun səbəbi Kurilin cənub hissəsi – İturup, Kunaşir, Şikotan adaları və Xabomay adalar qrupu üzərində həll edilməmiş ərazi mübahisəsi idi. Yaponiya tərəfi Rusiyanın Cənubi Kuril üzərindəki suverenliyini tanımır./teleqraf/