ÇL: “Çelsi” səfərdə qələbə qazandı, “Bavariya” isə evdə PSJ-yə uduzdu

 

UEFA Çempionlar Liqasında 1/4 finalın daha iki oyunu başa çatıb.

Hər iki qarşılaşmada qonaq komandalar qalib gəliblər.

Fransa PSJ-si Almaniyada “Bavariya”nı 3:2 hesabı ilə məğlub edib. Matça fəal başlayan Paris klubu 3-cü dəqiqədə Kilian Mbappenin vurduğu erkən qolla hesabı açıb. 28-ci dəqiqədə meydan sahibləri 2-ci topu qapılarında görüblər. Bu dəfə Markinyos fərqlənib. 37-ci dəqiqədə Erik Şupo-Motinq fərqi azaldıb və komandalar fasiləyə bu hesabla yollanıblar. İkinci yarının əvvəlində “Bavariya” tarazlığı bərpa edib. 51-ci dəqiqədə Tomas Müller rəqibi cəzalandırıb. Lakin 68-ci dəqiqədə dubl edən Mbappe PSJ-ni yenidən önə keçirib. Bu, eyni zamanda matçın yekun nəticəsi olub.

Gecənin digər oyununda isə İngiltərənin “Çelsi” klubu pandemiya səbəbindən İspaniyadakı “Ramon Sançes Pisxuan” stadionunda baş tutan qarşılaşmada Portuqaliya “Portu”suna 2:0 hesabı ilə qalib gəlib. Qolları 32-ci dəqiqədə Meyson Maunt, 85-ci dəqiqədə isə Bencamin Çilvell vurublar.

Bu komandalar arasında cavab qarşılaşmaları aprelin 14-də gerçəkləşəcək.

Çempionlar Liqası, 1/4 final

İlk oyunlar

23:00. “Bavariya” (Almaniya) – PSJ (Fransa) – 2:3

Qollar: Erik Şupo-Motinq, 37, Tomas Müller, 60 – Kilian Mbappe, 3; 68, Markinyos, 28

23:00. “Portu” (Portuqaliya) – “Çelsi” (İngiltərə) – 0:2

Qollar: Meyson Maunt, 32, Bencamin Çilvell, 85

Qeyd edək ki, ilk oyun günündə keçirilən matçlarda İngiltərə klublarından “Liverpul” İspaniyada “Real Madrid”ə 1:3 hesabı ilə uduzub, “Mançester Siti” isə evdə Almaniyanın “Borussiya” (Dortmund) klubuna qalib gəlib – 2:1.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password