AVRO-2020: 12 təşkilatçı şəhərin azarkeş təminatları – SİYAHI
Futbol üzrə Avropa çempionatını qəbul edəcək şəhərlərin azarkeşlərlə bağlı konsepsiyalarını müəyyənləşdirmək üçün verilən müddət aprelin 7-də başa çatıb.
12 şəhərdən əksəriyyəti oyunları izləyəcək tamaşaçıların minimal sayını müəyyənləşdirib. Lakin hələ təminat verməyən, konkret say və qərarını açıqlamayan şəhərlər də var.
London (İngiltərə)
“Uembli” stadionu; tutumu: 90 000 tamaşaçı – mayın ortalarınadək 10 000, 21 iyundan isə qeyri-məhdud sayda azarkeş gələ bilər;
Qlazqo (Şotlandiya)
“Hempden Park”; tutumu: 51 000 tamaşaçı – 12 000 (25 faiz) azarkeş gələ bilər;
Dublin (İrlandiya)
“Aviva Arena”; tutumu: 51 700 tamaşaçı – Minimal sayda azarkeşə təminat verə bilmir. Bu səbəbdən, təşkilatçılıq hüququndan məhrum ediləcəyi gözlənilir;
Amsterdam (Nideland)
“Yohan Kroyf Arena”; tutumu: 54 000 tamaşaçı – ən azı 12 000 tamaşaçı gələ bilər;
Kopenhagen (Danimarka)
“Parken” stadionu; tutumu: 38 000 tamaşaçı – 11 000 – 12 000 tamaşaçı gələ bilər;
Sankt Peterburq (Rusiya)
“Sankt Peterburq Arena”; tutumu: 68 000 tamaşaçı – 50 faiz tamaşaçıya təminat verib;
Bilbao (İspaniya)
“San Mames” stadionu; tutumu: 53 000 tamaşaçı – Yoluxma enəcəyi halda, 13 000 tamaşaçı gələ bilər;
Buxarest (Rumıniya)
Milli Stadion; tutumu: 55 600 tamaşaçı – 13 000 tamaşaçı gələ bilər;
Münhen (Almaniya)
“Alyans Arena”; tutumu; 75 000 tamaşaçı – Almaniya Futbol İttifaqı yerli orqanlardan azarkeşlərin stadionlara gəlişinə şərait yaratmalarını xahiş edib;
Roma (İtaliya)
Olimpiya Stadionu; tutumu: 72 000 tamaşaçı – İtaliya hökuməti azarkeşlər üçün ən yaxşısını edəcəyinə söz verib. Bəzi məlumatlarda 20 000-dək tamaşaçıya şərait yaradılacağı bildirilir;
Budapeşt (Macarıstan)
“Ferents Puşkas” stadionu; tutumu: 67 200 tamaşaçı – Hələ rəsmən açıqlamayıb;
Bakı (Azərbaycan)
Bakı Olimpiya Stadionu; tutumu: 68 700 tamaşaçı – Hələ rəsmən açıqlanmayıb.
Qeyd edək ki, 2020-ci ildən təxirə salınmış Avropa çempionatı bu il 11 iyun – 11 iyulda keçirilməlidir.