Ağcabədinin Bələdiyyə sədri müharibə veteranını nə üçün məhkəməyə verib?

 

Ağcabədi rayon, M.Ə.Rəsulzadə küçəsi ev 405-də yaşayan, Azərbaycan Respublikası CM-nin 188.1-ci məddəsi ilə təqsirləndrilən Əliyev Gəray Şirin oğlu tərəfindən barəsində açılmış saxta cinayət işinin ləğv edilməsi barədə aidiyyatı orqanlara və Kütləvi informasiya Vasitələrinə müraciət ünvanlanıb.

Aktualinfo.org vətəndaş Gəray Əliyevin müraciətini olduğu kimi oxuculara təqdim edir.O,yazır:

Bildirirəm ki, məmur özbaşnalığından əziyyət çəkən vətnədaşlardan biri də mənəm. 1-ci Qarabağ Müharibəsi veteranıyam. Xüsusi Bölmədə olmuşam. Kəşfiyyat rotasında bölük komandiri idim. YAP üzvüyəm. 2 medalla təltif edilmişəm.

Mənə açılan saxta cinayət işilə bağlı bildirim ki, 2000-ci ildə yerli bələdiyyədən əvvəlcə 2 ha , sonra 2004-dən isə 15 illik icarə müqaviləsinə uyğun 4 ha əkin yeri götürüb 8 nəfərlik ailəmlə bu günə qədər əkinlə məşğul olmuşam. Lakin 2014-cü ildə sabiq bələdiyyə sədri mənim yerimin ortasından 2 pay olmaqla 12 sot sahəni ev tikmək üçün qanunsuz olaraq kənar şəxslərə satdı. Mən də rayon prokurorluğuna şikayətlər etdim. Xeyri olmadı. 2014-cü ildən məhlə yeri alan vətəndaş üçün yerimin tən ortasından dəmir setka çəkib onllara vermişlər. Və onlar 3 il ərzində mənə çoxlu maddi ziyanlar vurdular. İndi yeni seçilən bələdiyyə sədri Solmaz Hacıyeva mənə cinayətkar kimi CM-nin 188.1-ci maddəsi üzrə cinayət işi açdırıb verib məhkəməyə. İş hazırda Etibar hakimin icraatındadır. Onunda bildirim ki, 2017-ci ildə icarə müqaviləsinin bitməsi barədə və uzadılması barədə mənə rəsmi xəbərdarlıq olunmayıb. Bildirim ki, 2017-2019-cu illər ərzində 5 bələdiyyə sədri dəyişilib. Heç biri də məndən torpağın müqaviləsini mübahisələndirməyib. Və üstünlük hüquqquma görə müddətin uzadılıb uzadılmayacağını soruşmayıb.  Sonuncu dəfə 2020-ci ildə pambıq əkmişəm və bol məhsul götürmüşəm. Budur, vaxtilə Ağcabədi rayon Təhsil Şöbəsindən rüşvətxorluq üstündə qovulan indiki bələdiyyə sədri Solmaz Hacıyeva mənə qarşı qərəzli cinayət işi açdırıb. Və adını da qoyub ki, mənim 20 ildir ki, istifadə etdiyim,əkib becərdiyim torpaq perspektivli, yəni yaşayış evi tikmək üçünmüş. Lakin əksinə bu torpaqlar 1-ci kateqoriyalı kənd təsərrüfatı torpağı olub və təyinatı üzrə istifadə olunub. Son ilə qədər icarə haqqını Kapital Bank vasitəsilə bələdiyyənin hesabına ödəmişəm. İndi isə yeni bələdiyyə sədri mənim yerimi əlimdən alıb qaçqınlara ev tikmək üçün satmağı planlaşdırır. Məslən, Vüqar adlı Ağdam qaçıqına mənim torpağımın bir hissəsini satıb. Mən şikayət etdikdə isə dərhal sənədləri ləğv edib, həmin qanunsuz satdığı ərzini Vüqarın həyat yoldaşının Ağcabədi sakini olan xalasının adına sənədləşdiriblər. İndi də məhkəmə yolu ilə bu torpağı əlimdən alıb 6 sot olmaqla kənar şəxslərə satıb əsassız varlanmaya meyl edirlər. Yəni yerli əhalinin adına formal alqı-satqı həyata keçirib qaçqınlara torpqlarımızı faktiki olaraq satırlar. Mənim torpağımın qonşu tərəfində qaçınlar bələdiyyədən qanunsuz torpaq alıb evlər tikiblər əkin yerlərində.Bu adamın xəbəri yoxdur ki, Azərbaycan müharibədə qalib gəlib və qaçınlarımız hamısı öz dədə-baba yerlərinə qayıdacaqlar. Mən isə 3 il müharibədə iştirak etmiş, qan tökmüşəm bu torpaq uğrunda. Heç bir rüşvətxor məmurun mənəvi haqqı çatmır ki, müdafiə etdiyim Vətənimin torpağında hazırda işsiz olan ailə üzvlərimin çörəklə təmin olunmasının qarşısını alsın.Yalnız vicdansız adamlar və məmurlar süni formada ala bilərlər. Necə olur ki, sabiq bələdiyyə sədri A.İsmayılova perspektiv adlandırdıqlrı torpaqdan 300 şəxsi qoyunu üçün yer verirlər. Ancaq mənim 8 nəfərlik ailə üzvlərimə əkməyə torpağı vermir şərləyib məhkəmə yoluilə əlimdən alırlar. Doğrudanmı Müharibə veteranının qoyun qədər dəyəri yoxdur?

Xatırladım ki, növbəti məhkəmə prosesi 7 aprel 2021-ci ildə olacaq.

Mənə qarşı Ağcabədi rayon Məhkəməsində Bələdiyyənin iddiası əsasında açılan saxta cinayət işinə etirazımı bildirir və  möhtərəm hakimdən  xahiş edirəm ki, belə saxta işin rədd edilməsi barədə qərar qəbul etsin.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password