“Yeni müqavilə Azərbaycan, Türkiyə və Pakistanın xeyrinədir” – Amerikan analitik

 

“Yeni imzalanan Çin-İran strateji tərəfdaşlıq müqaviləsindən Pakistanla bərabər, Azərbaycan və Türkiyə də fayda götürə bilər”.

“Express Tribune”-nin yaydığı məlumata görə, bunu amerikalı analitik Endrü Korıbko bildirib. Onun sözlərinə görə, Pakistan yeni imzalanan müqavilədən ən çox qazanan üçüncü tərəfdir. Pekin enerji və infrastruktura xüsusi vurğu edərək, 25 illik dövr ərzində İran iqtisadiyyatına 400 milyard dollar həcmində investisiya qoymağı planlaşdırır. “Bu, Qərbi Asiya ölkəsinin uzunmüddətli sabitliyini təmin edəcək. Onu  çox ehtiyac duyulan həyat xətti kimi də qələmə vermək olar”.

Endrü Korıbko qeyd edib ki, Pakistanın Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC) ilə “Bir kəmər-Bir yol” Təşəbbüsünə (BRI) ev sahibliyi etdiyini nəzərə alsaq, bu meqalayihənin İrana doğru genişlənməsi təbii bir haldır. İran vasitəsilə o, Azərbaycan, Türkiyə, daha sonra isə Rusiya və Avropa İttifaqına (Aİ) uzanacaq.

“Azərbaycan, Pakistan və Türkiyə keçənilki Vətən müharibəsində rəsmi Bakının qazandığı şərəfli qələbədən sonra bir-biri ilə üçtərəfli koordinasiyasını xeyli gücləndiriblər. İranla münasibətləri yaxşılaşsa və İslam Respublikasının yaranmaqda olan yeni blokun qərb (Azərbaycan, Türkiyə) və şərq (Pakistan) yarılarını daha yaxından inteqrasiya etmək üçün ən məntiqli vasitələri təmin etdiyini nəzərə alsaq, bu, onların müvafiq maraqlarına böyük fayda gətirəcəkdir. Bütün bunlar Avrasiya Əsrinin gücünü ortaya qoyacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password