Ümrə ziyarətinə yalnız bu şəxslər gedə biləcək – SƏRT ŞƏRTLƏR

 

Bu il Ümrə ziyarətinə getmək istəyən zəvvarlar üçün şərtlər açıqlanıb.

Türkiyə mətbuatının verdiyi xəbər görə bu barədə Səudiyyə Ərəbistanının Həcc məsələləri Nazirliyi məlumat yayıb.

Bildiirlib ki, ziyarət üçün 3 kateqoriya müəyyən edilib. Bu kateqoriyaların hər 3-də koronavirusa qarşı immunizasiya tələbi var.

Nazirlik tərəfindən edilən açıqlamaya görə, bu şərtlərə peyvənd hər iki dozasını almış, vaksin olunmasının üzərindən azı 14 gün keçmiş və xəstəlikdən sağalan şəxslərə Ümrə ziyarətini həyata keçirməyə icazə veriləcək. Bu şəxslərin koronavirusa qarşı immun sisteminin yarandığı hesab ediləcək.

Bu insanlara Ümrə ziyarətindən əlavə Məkkədəki Ulu Məsciddə namaz qılmaq və Mədinədə Məscid-i Nəbəviyə girmək hüququ veriləcək.

İmmunizasiya tələbi ilə yanaşı ziyarətinə icazə verilənlər üçün bəzi yeni tətbiqlər də həyata keçiriləcək.

Bu tədbiqlərə insanların iftar etmək üçün yalnız xurma və su gətirməsi, kütləvi iftarların əvəzinə  ziyarətçilərə fərdi yemək paylanması daxildir.

Bundan əlavə yoluxmanın qarşısını almaq üçün təvaf və namaz zamanı ərazidə yeni qaydalar tətbiq ediləcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password