Gözdən pərdə asmaq rusların köhnə peşəsidir – Politoloq

 

44 günlük müharibənin sonlarında Ermənistan tərəfindən ordumuzun nəzarətində olan Şuşa şəhərinə “İsgəndər M” raketlərinin atılması qeyri-rəsmi formada təsdiqini tapdı. Mərminin qalıqları aşkarlandı. İndi rəsmi Bakı Moskvadan hesabat gözləyir. Yəni, necə ola bilər ki, Rusiyanın hərbi arsenalında olan silah Ermənistana verilib.

Bu hansı yolla gerçəkləşib?! Əsas sual budur.

Bir müddət əvvəl Rusiya televiziyaları gözdən pərdə asmaq üçün Ermənistana qeyri-leqal yolla ötürülən tank stabilzatorlarının sərhəddə saxlanılması ilə bağlı məlumatlar tirajlamağa başladılar. Əslində bununla Moskva “İsgəndər M” qalmaqalını ört-basdır etməyə çalışır. Ekspertlər də bu düşüncədədir.

Politoloq Qabil Hüseynli açıqlamasında söyləyib ki, gözdən pərdə asmaq rusların köhnə peşəsidir:

“Dara düşəndə müxtəlif fəndgirliklərə əl atırlar. Bu barədə biz fəal olmalıyıq. Biz bilməliyik ki, “İsgəndər M” raketləri təkcə Şuşaya atılmayıb. Mən bunun məsuliyyətini dərk edərək deyirəm. Şuşa ətrafındakı 2 “İsgəndər M” raketinin qalıqlarını nəzərdə tutmuram. Zənnimcə, Mingəçevir SES-dən tutmuş Bakıətrafı ərazilərə qədər bir çox yerlərə “İsgəndər M” raketləri vasitəsi ilə atəşə tutulub. Sadəcə olaraq, Azərbaycanın hava hücumundan müdafiə sistemləri vasitəsi ilə məhv edilib. Giləzi ətrafında və digər ərazilərdə müəyyən qalıqlar tapılıb. Biz bu məsələni daha ciddi surətdə ictimailəşdirməliyik. Onlara ümumi qiymət verilməsinə çalışmalıyıq”.

Qabil Hüseynlinin fikrincə, Azərbaycanın hüquq-mühafizə və prokurorluq orqanları bununla bağlı araşdırma aparıb cinayət işi qaldırmalıdır:

“Təhqiqat işlərinə başlanılmalıdır. Böyük mütəxəssislər qrupu bu işə cəlb edilməlidir. Bu raketlərin atılma tarixi müəyyənləşdirilməlidir. Bütün bunları topladıqdan sonra beynəlxalq hərbi tribunalara müraciət etməliyik. Çünki bu qadağan edilmiş silahdır. Hərbi cinayət məsuliyyəti yaradır. Hərbi cinayətlərin törədilməsində günahkar olan şəxslərin müəyyən edilməsi üçün beynəlxalq hüququn subyektləri olan Haaqa Hərbi Tribunalına müraciət olunmalıdır. Bu cür başsız və məsuliyyətsiz hərəkət etməyə öyrənmiş dövlətlər, insanların, böyük şəhərlərin həyatı ilə bu cür vəhşicəsinə davranan insanlar Slobadan Miloşeviç kimi Beynəlxalq Haaqa Məhkəməsinin izolyatorunda infarkt tutub ölsünlər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password