Hacıbala Abutalıbovun kadrlarından biri saxlanılıb
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Yol verdiyi korrupsiya əməllərinə görə saxlanılan R.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun Mətbuat xidməti faktı təsdiqləyib. Bildirilib ki, R.Qulieyvin həbs ilə bağlı yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, o, 2018-ci ilə qədər bu vəzifəni tutub və Hacıbala Abutalıbovun bütün “qara işlərini” həyata keçirən şəxs olub.
Xatırladaq ki, ilk xəbəri unikal.org saytı yazıb.