Babək Göyüşün “Yarımçıq ömür” adlı kitabı çapdan çıxdı – FOTO

Yazıçı Babək Göyüşün “Yarımçıq ömür” adlı kitabı Bakıda “Pergament” nəşriyyatında nəşr edilib.

204 səhifəlik kitab Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsinin Əmirxeyir kəndində dünyaya göz açan, Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat fakültəsini bitirən, uzun illər Sumqayıt Politexnik Texnikumunun müəllimi işləyən və 44 yaşında avtomobil qəzasında faciəli surətdə həlak olan Rəfail Bayram oğlu Namazovun yarımçıq həyat yoluna həsr olunub.

Xatırladaq ki, bu, Babək Göyüşün 3-cü kitabıdır. Onun ilk “Ağ geyimli qadın” hekayələr kitabı 2008-ci ilin noyabrında çap olunub. Kitabda yazıçının 1989-cu ilədək qələmə aldığı 11 hekayəsi toplanıb.

Publisistik yazılarından ibarət “Ədəbiyyat cəbhəsində sakitlikdir” adlı ikinci kitabı isə 2015-ci ildə işıq üzü görüb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password