Oğuzda meşələrin qırılmasına əmri kim verir, cəzanı kimlər çəkir?

 Oğuz rayon Xaçmaz kənd sakini, CM-nin 259.3-cü məddəsi ilə təqsirləndrilən Hüseynov Elşən Namizəd oğlu tərəfindən barəsində açılmış cinayət işinin ilkin istintaqa qaytarılması barədə yuxarı instansiya hüquq mühafizə orqanlarına və Oğuz rayon Məhkəməsinin hakimi Kamran Süleymanova mətbat vasitəsi ilə müraciət ünvanlanıb.

Aktualinfo.org vətəndaş Elşən Hüseynovun müraciətini olduğu kimi təqdim edir.

Bildirirəm ki, ilkin istintaq zamanı verdiyim izahata əlavə və düşəliş etmək,kəsdiyimiz 29 ağacın dəyərləndirilməsinə etirazımı bildirmək istəyirəm. Belə ki. izahatda qeyd etmişdim ki, evimin damının təmiri üçün fısdıq ağaclarını qırmağa məcbur olmuşam.Sonra qeyd ediib ki, 1 həftədən sonra gəlib 10 ağacı 62 sm və 1 m olmaqla kötük formada doğramışıq. Yəni müstəntiq bilməli idi ki, bu ağaclar dam üçün yox, parket üçün belə doğranıb.Yazmışıq ki, 29 ağacı günorta motopila ilə səsküylə kəsmişik. Sual olunur.Kim risk edib günorta meşədə ağac kəsə bilər?Bu yalnız meşə rəhbərliyinin icazəsi ilə mümkün ola bilər. Bəli, 16 noyabr 2020-ci ildə yəni, ağacları kəsdiyim gündən 1-2 gün əvvəl Oğuz rayon Meşə İdarəsi müdiri Kənan adlı şəxs mənim 070-5698384 nömrəli telefonuma zəng edərək parolla bildirdi ki, Elşən sabah 60 dənə “quçiyi” (ağac nəzərdə tutur) böyrü üstə qoyursan. Əvəzində pulunu alacaqsan. Mən razılaşdım. 24 noyabrda bizi polislər tutanda isə kənddəki evimə gələn Kənan dil-ağız etdi,yalvardı ki, istintaqa onun  adını çəkməyim. And içdi ki, iki xəstə uşağımın canı haqqı adımı çəkməyəcəksən ki, sifarişi Kənan verib və söz verdi ki, işi məhkəmədə qurtaracaq. Mən də söz verdim ki, ağac kəsimini öz boynuma götürəcəm. İndi məhkəmə başlayıb. Kənan isə telefonu açmır, söndürür, cavab vermir. Yaxın gəlmir.İndi məni pis vəziyyətə salıb. İzahatda göstərmişdim ki. ağac qırdığımız yerə maşın getmir. Gərək biz traktor gətirib dağ yuxarı yol açmalı idik. Müstəntiq isə sual vermir ki, 1 evin damı üçün bu qədər xərc çəkməyə dəyərmi? Axı bu yol çəkilişi həqiqətən çoxlu xərc tələb edir. Mənim kimi sadə adamlar 300 m məsafəyə traktorla yol açdırmğa heç vaxt maddi imkanımız ola bilməz. Bu işi də Oğuz rayon Meşə müdiri Kənan planlaşdırmışdı. O bizi qabağa verməklə traktorla heç vaxt qırılmayan yerə yol açmalı və bizim kəsdiyimiz, və yerdə qalan çoxsaylı iri həcmli ağacların qırılaraq daşınması üçün belə yaramaz planı həyata keçirmək istəyirdi.   Hesab edirəm ki, Kənan bizimlə gizli razılaşmamızı pozduğuna görə biz də öz növbəmişdə pozuruq.  Digər tərədən 29 fısdıq ağacına görə bizə 8400 manat cəriməni də qərəzli yazıblar. Bildirək ki, Oğuz rayonun Muxas meşəliyində də orta diametrli palıd və fısdıq ağclarının kəsiminə görə 70 akt tərtib ediblər cəmi 1250 manat cərimə yazıblar.

Qeyd etdiyim məsələnin araşdırılması üçün ilk növbədə ağacların kəsimini öz mobil telefonu ilə mənə sifariş etmiş meşə müdiri Kənan kəsimdən 2 gün əvvəlki səs yazısını mobil operatordan alınaraq iş materialına sübut kimi əlavə etmək zəruriyyəti yarandığından məhkəmədən xahiş edirəm ki, araşdırmanın aparılması üçün iş materiallarını ilkin istintaqa qaytarılması barədə qərardad qəbul edəsiniz.

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password