“Kimin üçündür belə istehsal, qazanan kimdir”? – Tibbi maska qalmaqalı
“Bir dollara Qazaxıstanda 42, Rusiyada 35, Ukraynada 18 ədəd yerli istehsal olan tibbi maska almaq mümkündür. Azərbaycanda isə həmin pula cəmisi 7 ədəd maska düşür”.
Bu barədə tanınmış iqtisadçı alim Qubad İbadoğlu məlumat verib. O yerli istehsalın kimin üçün olduğunu anlamadığını deyib:
“Bu da yerli istehsal, kimin üçündür belə istehsal, qazanan kimdir? Sanki korona virusla müttəfiqlik edir, quldur sahibkarlarla birlikdə cibimizə girirlər”.