Zəngəzur dəhlizini qısa zamanda gerçəkləşdirməliyik
Bayden Consonla müzakirədə Çinin “bir kəmər bir yol” layihəsinə alternativ yaratmağı təklif edib: Vaşinqton-Pekin qarşıdurması daha sərt və açıq müstəvidə olacaq;
Bu qarşıdurmanın iki tərəfi var: mənfi və müsbət;
– Layihədə yer alan ölkələr “iki od arasında” qalır;
– Layihənin hazırda ən perspektivli görünən Orta Dəhlizi üzərində yerləşən Azərbaycan Vaşinqtonun təzyiqi ilə üzləşə bilər;
– Orta Dəhlizi aktuallaşdıran, Mərkəzi Asiyadan Türkiyəyə qədər uzanan kövrək türk birliyinin parçalanması cəhdləri edilə bilər;
– Bayden Administrasiyası Ermənistana dəstəyini gücləndirə bilər;
Müsbət tərəfi rəqabətin yaratdığı imkanlardır:
– Azərbaycanın mövcud infrastrukturu (Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryolu və s.) hər iki tərəfin – ABŞ və Çinin bizə olan mövcud marağını daha da artırır;
– Bakı qarşıdurmanın tərəfi olmadan hansı cəbhənin daha sərfəli təklif verməsi strategiyasını izləyə bilər;
Hərçənd, tərəzinin mənfi tərəf olan gözü daha ağırdır. Və görünən budur ki, ABŞ və Çin, eləcə də Rusiyanın yer aldığı qarşıdurmanın əsas cəbhəsi Mərkəzi Asiyadan Türkiyəyə uzanan coğrafiya olacaq.
Bu geosiyasi qarşıdurmadan “sağ çıxmağın” iki yolu görünür:
- Türk coğrafiyası birliyinin ləngimədən dərinləşdirilməsi;
- Bu coğrafiyanı birləşdirən Zəngəzur dəhlizinin qısa zamanda gerçəkləşməsi;
Bunun fonunda Ankara və Bakının Ermənistan üzərində təzyiq strategiyasını gücləndirməsi və bu ölkəyə başını qaldırmağa imkan verməməsi vacibdir.
Asif Nərimanlı