“Türkiyə artıq əvvəlki Türkiyə deyil…” – “Reuters” Ərdoğan–Bayden münasibətlərindən yazıb

 

İngilis xəbər agentliyi “Reuters” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Baydenin münasibətlərinin, eləcə də iki ölkə arasındakı əlaqələrin geniş təhlil edildiyi məqalə yayımlayıb.

“Əvvəlcə Türkiyə: Ərdoğanın güc təzyiqi Baydeni məcbur edəcək” başlıqlı məqalədə Ərdoğanın artıq Rusiya və ABŞ-ın qoyduğu qaydaları, Türkiyənin bədəlini ağır ödədiyi ssenariləri rədd etdiyi bildirilib.

Məqalədə Ərdoğanın əsas məqsədinin “öncə Türkiyə” olması önə çəkilir və “bu vəziyyət Baydeni çətin duruma salacaq” deyə bildirilir.

Yazıda Ankaranın son siyasi gedişlərinə işarə edilərək “Türkiyə artıq əvvəlki Türkiyə deyil” mesajı da verilib.

Məqalədə həmçinin iki liderin son dəfə 2016-cı ilin avqust ayında bir araya gəldiyi və o dövrdə ABŞ-ın vitse-prezidenti olan Baydenin Ərdoğanla Ankaradakı görüşdə “biz Suriyadakı əməliyyatı dəstəkləyirik” söyləməsi xatırladılıb.

15 İyul çevriliş cəhdindən sonra parlamenti ziyarət edən Baydenin Türkiyəyə dəstək mesajı verdiyini də vurğulayan “Reuters” o zamandan bəri Türkiyənin Orta Şərq, Şimali Afrika və Qafqazda daha aktiv olduğunu qeyd edib.

Məqalədə adının açıqlanmasını istəməyən mənbənin maraq doğuran fikirləri də yer alıb. Həmin mənbənin iddiasına görə, Ərdoğan əsasən Hulusi Akar, Hakan Fidan, İbrahim Kalınla çox tez- tez görüşür və adı çəkilən şəxslər Türkiyə Prezidentinin “A komandası” olaraq Türkiyənin xarici əməliyyatlarında aparıcı rol alır./azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password