Aşıq Ələsgərin yubiley tədbiri keçirildi

Aşıq Ələsgərin 200 illik yubileyi çərçivəsində onun doğum günündə İrəvan Türk Cümhuriyyəti xüsusi gecə keçirib.

Konfransı giriş sözü ilə açan İrəvan Türk Cümhuriyyəti (İTC) Millət Şurasının sədri, professor Qafar Çaxmaqlı qeyd edib ki, İTC indi adına Ermənistan deyilən ərazidə yetişmiş bütün böyük şəxsiyyətlərin tanıdılması və bu torpaqlarda elm, sənət adamlarını, ictimai-siyasi xadimlərinin xatirəsini həmişə uca tutacaq, bu torpaqlarda doğulmuş və yetişmiş insanların bəşəriyyətə verdiyi dəyərləri diqqət mərkəzinə gətirəcək.

O deyib ki, Aşıq Ələsgər yalnız haqq aşığı deyil, Qərbi Azərbaycanın yetişdirdiyi ən böyük şəxsiyyət, müdrik mütəfəkkir, filisof olub.

Onun yaratdığı məktəb doğulduğu Göyçə mahalı ilə məhdudlaşmayıb və bütün yaxın və uzaq coğrafiya Türklüyünün şeir, sənət və ilham qaynağına çevrilib. 

Aşıq Ələsgərin həyatı və yaradıcılığı ilə bağlı məruzə edən Türkiyənin Hacı Bektaş Vəli Universitetinin prosessoru Bayram Durbilməz Aşıq Ələsgərin sənət zirvəsi və onun aşıqlıq sənətinin Türkiyə, Güney Azərbaycan və başqa bölgələrə təsirindən danışıb və onun sənət özəlliklərindən bəhs edib.

Aşıq Ələsgərin böyüklüyündən, onun qəbrinin düşmən tapdağı altında olmasından və bir gün onun qəbri önündə sənətkarın yad edilməsi fikri də də çıxış edənlər tərəfindən ifadə olunub.

Bu gün Şuşada alovlanan Novruz tonqalı bir gün Qərbi Azərbaycandakı əsir yurdlarımızda da alovlanacaq. 

Tədbirdə Aşıq Nemətin və onun şagirdi Aşıq Ayşənin ifasında Aşıq Ələsgərin əsərləri ifa olunub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password