Azərbaycanda şərab istehsalının artımı planlaşdırılır
2021-ci ildə Azərbaycanda şərab məhsullarının istehsalının artması gözlənilir.
Bunu Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov deyib.
Onun sözlərinə görə, üzümlüklərin salınması, şərab istehsalı üzrə müəssisənin tikintisi və istismara verilməsi böyük investisiyalar tələb edir:
“Hazırda məhdudiyyət tədbirlərinin aradan qaldırılması, fəaliyyətin tam bərpa olunması ilə bağlı aydınlıq olmadığı üçün nə isə planlaşdırmaq çox çətindir. 2019-cu ilin səviyyəsinə çatmaq çətin olacaq, amma istənilən halda istehsal və satış həcmi 2020-ci ildən daha çox olacaq”.
Assosiasiya sədri bildirib ki, Azərbaycan 2020-ci ildə şərab məhsulu isterhsalını 60 faiz azaldıb. Eyni zamanda, Ukrayna və Belarusa ixrac artıb:
“Bu il Assosiasiya İsrailə ixracı artırmağı planlaşdırır. 1 mart 2021-ci ildən Azərbaycan şərablarının Türkiyəyə ixracına rüsumların azalması və aradan qaldırılmasını nəzərdə tutan preferensial ticarət barədə qanun qüvvəyə minib. Bu, 2021-ci ildə bu ölkəyə ixracın əhəmiyyətli dərəcəd artmasına yol açacaq”.