YouTube ilə varlanmağın gizli yolları – Məşhur yutuberlər bu qədər qazanır?

 

Çoxları pul qazanmaq üçün xeyli fiziki əmək sərf etsə də, bəziləri buna bir neçə klik hesabına sosial şəbəkələr vasitəsilə nail olur. Onlar arasında əsas seqmenti blogerlər, yutuberlər tutur.

Bəs, YouTube-dan pul qazanmaq üçün hansı əsas şərtlərə əməl etmək lazımdır?

Sosial media üzrə mütəxəssis Türkan Əkbərovanın dediyinə görə, çoxlarına inanılmaz gəlsə də, Youtube portalı vasitəsilə çox rahat və asan pul qazanmaq mümkündür: “Məsələn, son dövrdə uşaqlar arasında populyarlıq qazanan “Like Nastya” kanalının abunəçilərinin sayı 70 milyonu ötüb ve illik gəliri 22 milyon dollardır. Bu gəlir sadece balaca qızın atası ilə əyləncə videolarından əldə edilir. Çünki videoların izlənmə sayı bəzən 500 milyonu ötüb. Amma Azərbaycanda belə izlənmə rekordundan söz gedə bilməz. Qonşu ölkə Türkiyədə isə yutuberlər dövlətə vergi ödəmədən milyonlarla lirə pul qazanırlar. Məsələn, Kerimcan Durmaz aya 350 min TL, təxminən 92 min dollar qazanır. Amma bizdə buna görə, xəbərdarlıq belə etmədən bank hesabı avtomatik vergi çıxır. Halbuki, yutuberlərimizin aylıq gəliri çox azdır”.

Youtube kanalından pul qazanma qaydalarına gəlincə isə mütəxəssis vurğulayıb ki, bunun iki yolu var: “YouTube platforması reklamlar ilə bağlı ciddi dəyişiklik edib. Yeni dəyişikliyə görə, “YouTube Partner Program”ına daxil olan kanallar reklam ala bilmək üçün 1000 abunəyə və 12 ay ərzində 4 min baxış saatına sahib olmalıdırlar. Daha öncə isə kanalın “YouTube Partner” Proqramına daxil olması üçün ümumilikdə 10 min baxış sayı tələb olunurdu. Yəni, müəyyən ay limiti yox idi.

Youtube portalından gəlir əsasən reklam və tərəfdaşlıq proqramı və ya sponsorlar vasitəsilə qazanılır. YouTube-da izlədiyimiz bütün reklamlar onları yerləşdirən şəxslərin pul qazanması üçündür. Hər reklama daxil olduqda hesaba vəsait köçürülür. YouTube-da şəxsi kanalı olanlar yalnız Youtube platforması reklamlara icazə verdiyi təqdirdə pul qazanmağa başlayırlar. Amma ölkəmizdə bu portaldan pul qazanmaq heç də asan deyil. Kiçik ölkə olduğumuz üçün digər dövlətlərlə müqayisədə az “kafisent” qoyulub. Amerikada reklama olan 1 klik 1 dollardan cox hesablanır, amma bizdə bu göstərici 1 dollardan da azdır. Göründüyü kimi, istifadəçinin qazancı daxil olma sayından asılıdır”.

Bəs, YouTube-da pul qazanmaq niyə çətindir?

“Çünki Youtube əsasən baxış sayı çox olan kanallara reklam verir. Yəni, hər kanalı olan şəxs Youtube-dan reklam ala bilməz. Videolara baxış sayı çox olduqda Youtube həmin kanallara reklam üçün videolar verir. İzləyicilər reklamı bağladıqları təqdirdə kanal sahibinə heç bir qazanc qalmır. YouTube-dakı reklamların da növləri var. Məsələn, gəlir daxil olma sayına görə də hesablana bilər, videoya sonadək baxılma şərti də qoyula bilər. Bu yolla reklam videosunun məcburi sonadek izlənilməsi funksiyası da aktivləşdirila bilər. Videolar mütləq özünüzə məxsus olmalıdır ki, sonradan kanal şikayətlə bağlanmasın”.

Mütəxəssis onu da qeyd edib ki, Azərbaycanda ən çox gəlir qazanan kanallar şou-biznes əhlinə aid olan xəbərləri paylaşan kanallardır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password