Politoloq Co Baydenin İlham Əliyevə ünvanladığı məktubu şərh etdi

“Amerikanın əsas narahatlığı prosesin Rusiyanın nəzarəti altında getməsi ilə bağlıdır”.
Bunu  açıqlamasında politoloq Şahin Cəfərli Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubu şərh edərkən deyib. O bildirib ki, Co Baydenin məktubunda diqqətəlayiq iki məqam var:
“Birincisi, Qarabağ məsələsi ilə bağlıdır. Orada belə bir cümlə var. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi, biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım etməyə, firəvan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına sadiq qalırıq. Bu cümlədən çıxan nəticə odur ki, Amerika, əvvəla, Qarabağ məsələsinin hələ ki, tam həll olunduğuna inanmır. Bu mövqe ilə Azərbaycan prezidentinin mövqeyi arasında müəyyən ziddiyyət var. Çünki Prezident İlham Əliyev müharibədən sonrakı çıxışlarında dəfələrlə bəyan edib ki, artıq Dağlıq Qarabağ münaqişəsi həll olunub və biz artıq gələcəyə baxmalıyıq”.
 
Politoloqun fikrincə, Amerika hələ konfliktin həll olunduğunu düşünmür və bu prosesdə aktiv iştirak etmək niyyəti var:
“Məncə, burada Amerikanın əsas narahatlığı prosesin Rusiyanın nəzarəti altında getməsi ilə bağlıdır. Xüsusən də əraziyə Rusiya sülhməramlı qüvvələrinin yeridilməsi o mənaya gəlir ki, Rusiya faktiki olaraq digər iki həmsədr ölkənin -Amerika ilə Fransanı oyundan kənarda qoydu və prosesi tamamilə öz nəzarətinə götürdü. Qərb də bu yeni reallıqdan, yəni, Rusiya lehinə olan bu yeni reallıqdan narahatdır və yenidən bu prosesə Minsk Qrupu çərçivəsində aktiv şəkildə qayıtmaq, Rusiyanın rolunu məhdudlaşdırmaq niyyətindədir. Amma Azərbaycan bu mövqeni bölüşmür. Azərbaycan daha çox bu məsələni Rusiya ilə ikitərəfli əsasda müzakirə və həll etmək yoluna üstünlük verir”.
Şahin Cəfərli onu da əlavə edib ki, rəsmi Bakı ortaya çıxan problemləri birbaşa Rusiya ilə müzakirə etmək fikirindədir:
“Bundan sonrakı mərhələdə Minsk Qrupunun rolu nədən ibarət olacaq? Amerika və Fransa Minsk Qrupunun yenidən aktivləşdirmək üçün hansı səyləri göstərəcəklər? Bunu sonrakı mərhələdə, yəqin ki, görəcəyik”.
Politoloq qeyd edib ki, Co Baydenin məktubunda digər önəmli məqamın Amerikanın Azərbaycanla iqtisadi əlaqələrinin inkişafında maraqlı olduğunu bildirməsidir:
“Orada qeyd olunur ki, biz, həmçinin iqtisadiyyatınızın şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı səylərinizi dəstəkləyirik. Amerika Birləşmiş Ştatları iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır. Hamıya məlum olan fakt ondan ibarətdir ki, Azərbaycanın həyata keçirdi enerji layihələrinə Amerika hər zaman fəal dəstək verib. Ona görə də Amerika bu layihələrin davam etməsində maraqlıdır və digər tərəfdən yeni iqtisadi əməkdaşlıq imkanları nədən ibarət ola bilər? Düşünürəm ki, bərpa olunan enerji sahəsində Azərbaycan və Amerika arasında yeni əməkdaşlıq imkanları genişdir. Azərbaycan rəhbərliyi də son aylarda alternativ enerji və bərpa olunan enerji sahəsinə diqqətini artırıb. Düşünürəm ki, Amerika şirkətləri müasir texnologiyalara sahib olan şirkətlər olaraq bu məsələdə Azərbaycana yardım edib, birgə layihələr həyata keçirə bilərlər. Və Amerika da bunda maraqlıdır”.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. /qaynarinfo/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password