“Azəriqaz”ın işçiləri quraşdırdıqları sayğacı niyə söküb apardılar?

 

Abşeron rayonu, Aşağı Güzdək  qəsəbsində yaşayan Zaidov Ağaxan Ziyadxan  oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, I Vitse-prezident Mehriban xanım Əliyevaya, Baş naziri Əli Əsədova, Prezident Adminstrasiyasının rəhbərı Samir Nuriyevə, İqtisadiyyat naziri Mikayıl Cabbarova, Energetika naziri Pərviz Şahbazova, SOCAR prezidenti Rövnəq Abdullayevə, “Azəriqaz” İstehsalat Birliyinin rəii Ruslan Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya və müstəqil Kütləvi İnformasiya Vasitələrinə üzləşdiyi problemlərlə,yəni 262 manat ödəməsinə baxmayaraq “Azəriqaz”  işçilərinə əlavə 100 manat vermədiyimə görə quraşdırdıqları qaz sayğacını qanunsuz söküb aparmaları ilə bağlı müraciət ünvanlanıb.

Aktualinfo.org vətəndaş Ağaxan Zaidovun göstərilən dövlət orqanlarına müraciətini olduğu kimi oxuculara təqdim edir. O,yazır:

Hörmətli Cənab Prezident və cənab baş nazir, bildirim ki, hazırda  yaşadığım evə görə yeni qaz sayğcının quraşdırılması üçün tələb olunan 262 manat dövlət rüsumunu ödədikdən bir müddət sonra evimə bu gün gələn qaz quraşdırma işçiləri əvvəlcə gətirdikləri çox həvəslə karton qutudan çıxarıb hasarımızın dibində quraşdırmağa başldılar. Əməliyyat bitdikdən sonra isə dedilər ki, gətir 100 manatımızı ver gedək. Mən onları başa salmağa çalışdım ki, axı mən sayğaca görə tələb olunan 262 manat rüsum pulunu ödəmişəm. Dedilər yox, o dövlətin büdcəsinə getdi, bizə nə oldu? Get bizim 100 manatı gətir. Dedim yoxumdur axı. 7 dəqiqəyə sayğacı quraşdırdınız , sağ olun. Mən fikirləşirdim ki, 10-15 manat  evdə saxladığım çörəkpulunu verərəm onlara gedərlər. Amma razılaşmadılar. Və başladılar sayğacı sökməyə.Söküb əllərində apardılar, hətta əsəblərindən qutusunu da yaddan  çıxarıb qoyub getdilər.

 Budur, ailəmiz son 3 gündə davam edən soyuqdan əziyyət çəkir. Oğlumuz, qohum -əqrəbalarımız müharibəyə gedib vətəni, dövləti qoruyur, bunlar isə dirəniblər ki, 100 manatı verməlisən. “Azəriqaz” işçilərinin bu həyasızlığı biz sadə vətəndaşlara qarşı ən böyük cinayətdir. Ona görə də SOCAR prezidentinin qaz təchizatı və satışı üzrə müavini olan cənab Rəhman Qurbanovdan şəxsən xahiş edirəm ki, şəxsi nəzarəti altında mənim sayğacımı sabah gün ərzində yenidən gəlib quraşdırsınlar, sonra da dərhal rədd olub getsinlər.

     Hörmətli Əli müəllim xahiş edirəm “Azəriqaz” işçilərinin özbaşnalığına son qoyulması üçün və tədbir görülməsi üçün aidiyyatı üzrə göstəriş verəsiniz. Sağ olun.

 

Aktualinfo.org

P.S. Son dövrlər sosial şəbəkələrdə “Azəriqaz”İstehsalat Birliyinin rəisi Ruslan Əliyevin yeritdiyi kadr siyasətı barədə çoxsaylı məlumatlar yayılmaqdadır. Aktualinfo.org sözügedən mövzu ətrafında araşdırmalar aparır və yaxın günlərdə oxuculara təqdim edəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password