Oğuz DYP baş vermiş anlaşılmazlığı aradan qaldırdı

 

Bir neçə gün əvvəl Aktualinfo.org Oğuz rayonun Bucaq kənd sakini Cabbarzadə Mikayıl Hikmət oğlu tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazova ünvanlanmış müraciətini olduğu kimi oxuculara təqdim etmişdi. Şikayətçinin aidiyyatı orqanlara və Aktualinfo.org saytına ünvanladığı müraciətdə Oğuz rayon Polis Şöbəsi, DYP əməkdaşı Rəşad Cavadovun vətəndaşın evinə gedərək qapısında dayanmış avtomobildən texniki pasportu zorla götürməsi bildirilirdi. Aktualinfo.org sözügedən şikayət əsasında 06 mart 2021-ci il tarixdə “Oğuz DYP rəisinin əməllərindən DİN rəhbərliyinə şikayət olundu” başlıqlıqlı məqalə yaymışdı.

Bəhs edilən məqalə dərc edildikdən sonra şikayətçi Mikayıl Cabbarzadə redksiyamızla əlaqə saxlayaraq Oğuz Rayon polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin baş inspektoru, polis baş leytenantı Rəşad Cavadovla arasında baş vermiş anlaşılmazlığın qanuni yollarla aradan qaldırıldığını bildirmişdir. Vətəndaş Mikayıl Cabbarzadə hazırda polis leytenantı R.Cavadova qarşı hər hansı şikayətinin  və ya iradının olmadığını da xüsusilə qeyd etmişdir.

P.S.    Bir mətbuat orqanı olaraq Oğuz rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin rəisi Tahir Qarayevin şikayətçi ilə DYP əməkdaşı arasında yaranmış mübahisənin qanun çərçivəsində həll olunmasında operativlik göstərdiyini xüsusilə vurğulamaq istərdik.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password