Ermənilər bu ölkəyə güvənirdi: Bakı nələr etdi? – Kedmi
Ermənilərin problemləri bu gün başlamayıb. Bu millətin problemləri 1918-ci ildə başlayıb və bu gün də davam edir – daşnaklar və onların ideologiyası.
Bunu “İton” TV-nin efirində çıxış edən İsrailin dövlət xadimi, “Nativ” Xüsusi Xidmətinin rəhbəri Yakov Kedmi bildirib.
“O zaman daşnaklar ingilislərə güvəndilər. Ermənilər ümid edirdilər ki, ingilislər onları dəstəkləyəcək. Bu səbəbdən onlar Türkiyəyə qarşı müharibəyə qalxdılar. Təbii ki, bu, daşnaklara çox baha başa gəldi. O vaxt erməni xalqını kim xilas etdi? Türklərlə kim razılığa gəldi? Vladimir Lenin! Bu böyük yardıma baxmayaraq, ermənilər hələ də “arxamızda ingilislər dayanıblar” deyirdilər”, – deyə İsrail eksperti qeyd edib.
Onun sözlərinə görə, bu gün İrəvanda elə həmin daşnakların tayları əyləşib və eyni ssenari davam edir.
“İndi onlar Nikol Paşinyanın istefasını tələb edirlər. Burada dərhal erməni xalqının başqa bir problemi yada düşür – ABŞ-ın İrəvanın mərkəzində yerləşən dünyada böyüklüyünə görə ikinci səfirliyi. Sual yaranır: Amerikanlar Ermənistanda nə axtarırlar? Cavab aydındır: Bu, onun göstəricisidir ki, ermənilər bu dəfə də kiməsə güvənib hərəkətə keçdilər. Amma bu dəfə artıq britaniyalılara deyil, amerikanlara güvəndilər. Tarix təkrar olundu: 1918-ci ildə olduğu kimi, 2020-ci ildə də erməni daşnaklarının yalan danışan ağızları qanadıldı”, – deyə Kedmi bildirib./axar.az