Ən uğurlusu Bakının bu layihəsidir – Koffi

 

Tanınmış qərb politoloqu, Daqlas və Sarah Ellison Xarici Siyasət Mərkəzinin direktoru Lük Koffi Səudiyyə Ərəbistanının “Arabnews” qəzetinə Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən transmilli enerji layihələri barədə analitik məqalə yazıb.

“Şimal axını 2” layihəsinin arxasında siyasətlər” sərlövhəli məqalədə Cənub Qaz Dəhlizi, Trans-Xəzər qaz kəməri və “Üç dəniz ölkələri” təşəbbüsünün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu qeyd edilib.

Müəllif vurğulayıb ki, 7 ölkənin ərazisindən keçən və 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi indiyədək həyata keçirilən enerji layihələrinin ən uğurlusudur. Ötən ilin sonunda bu dəhliz vasitəsilə yola salınan təbii qaz geosiyasi əhəmiyyətə malikdir. Orta Asiyadan “mavi yanacağı” Avropaya nəqlə edəcək Trans-Xəzər qaz kəməri isə enerji mənbələrinin şaxələndirilməsi baxımından çox mühümdür və Avropa İttifaqı bu layihədə aparıcı rolunu təmin etməlidir.

“Rusiya və İran ərazisindən keçməyən bu kəmər Xəzər dənizinin qaz ehtiyatlarını Avropaya nəql edəcək ən sərfəli marşrutdur”, – deyə politoloq diqqətə çatdırıb.

L.Koffi yazıb ki, transatlantik icma yaxın gələcəkdə Azərbaycan və Türkmənistanı Xəzər dənizindəki iki böyük qaz yatağının birləşdirilməsi üçün interkonnektor inşa etməyə həvəsləndirməlidir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password