Türkiyə-ABŞ münasibətləri – Metyu Brayza narahatdır
Keçmiş həmsədr Bayden hökumətinin Ankara ilə problemlər yaşayacağına işarə edib
Amerikalı diplomat, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza “CNN Türk” açıqlamasında Türkiyə-ABŞ münasibətlərindən danışıb.
Türkiyə mətbuatında yayılan xəbərlərə görə, Metyu Brayza Co Bayden Administrasiyasının normal siyasət yeridəcəyindən və Ankara ilə yaxından əməkdaşlıq edəcəyindən narahatlıq duyduğunu deyib:
“Bayden hökuməti Türkiyə-ABŞ arasındakı strateji ortaqlığı yeniləmək niyyətində olsa da, Suriyanın şimalındakı YPG-yə dəstək olması vəziyyəti gərginləşdirir. Türkiyənin bu məsələyə necə həssas yanaşdığını bilirəm. YPG-nin bir terror təşkilatı olduğunu da bilirəm. PKK-nın məqsədindən də xəbərdaram. PKK Suriya və İraqa keçəndən sonra adını YPG kimi dəyişdirdi. Barak Obama hökuməti isə YPG-ni “Suriya Demokratik Qüvvələri”nə çevirdi. Bayden hökumətinin bu yanlış siyasəti davam etdirməsindən narahatam. Düşünmürəm ki, bu problemi tezliklə həll etmək mümkün olacaq. Yaxşı olar ki, Vaşinqton və Ankara YPG məsələsini sonraya saxlayaraq, öncə başqa məsələlərin həllinə yönəlsinlər. Zamanla araları düzələndən və yaxınlaşma olandan sonra Suriyanın şimalındakı məsələlərə qayıda bilərlər”.
Brayzaya görə, əslində tərəflər bir-biri ilə normal münasibət saxlamaqda maraqlıdır:
“Hər iki tərəf müəyyən addımlar atmalıdır. Prezident Bayden “Türkiyə-ABŞ münasibətləri çox əhəmiyyətlidir, sanksiyaları qaldıracağam, generallarımın sözlərini dinləməyəcəyəm” sözlərini dilə gətirdi. Bu, çox önəmlidir. Əsas məsələ ABŞ Konqresini razı salmaqdır, çünki qanunun müəllifləri onlardır. Zaman keçdikcə münasibətlər yaxşılaşdıqca, konqres sanksiya qanununun dəyişdirilməsinə qərar verə bilər”. /sherq.az/