“Düz edirlər…” – Deputat gizli toy edənlərə haqq qazandırdı

 

“Xəstəlikdən sağalmaq olur, amma yoxsulluqdan yox…”

Azərbaycanda həm koronavirusa yoluxanların, həm də virusdan ölənlərin  sayı artıb. Ekspertlər qeyd edirdilər ki, gün ərzində yoluxma sayı 400-500 nəfəri keçdiyi təqdirdə, karantin rejiminin sərtləşdirilməsinə ehtiyac duyular. Son günlərin statistikası isə  onu deməyə əsas verir ki, sərt karantin rejiminin tətbiqi artıq reallaşacaq.

Digər tərəfdən, yoluxmanın artmasının əsas səbəbi kimi gizli keçirilən toylar və yas mərasimləri göstərilir. Yoluxmanın artmasına səbəb həqiqətən də budurmu? Bəs görəsən, sərt karantin qaydaları tətbiq edilərsə, insanların sosial təminatı nəzərə alınacaqmı?

Bunları deputat Fazil Mustafa mövzu ilə bağlı açıqlamasında deyib.

“Düz edirlər…” – Deputat gizli toy edənlərə HAQQ QAZANDIRDI

“Biz cərimələr müəyyən etmişik. Ancaq qaydaları sərt şəkildə tətbiq etməklə, heç bir yeri qapatmama, polis postlarını qoymamaqla, rayonlara giriş-çıxışı qadağan etməməklə, sadəcə, bir-bir cərimələri tətbiq etməklə məsələni həll etməliyik. Əhalinin gəlir səviyyəsi aşağı düşdüyü bir durumda problem yaradacaq addımlar atmamalıyıq. Buna yol vermək olmaz, çünki yoxsullaşmaq ziyandir, əhalini düşünmək lazımdır. Onsuz da yoluxma kütləvi xarakter daşıyır, hər kəs bu və ya digər formada yoluxur. Xəstəlikdən sağalmaq olur, amma yoxsulluqdan “sağalmaq” olmur”.

Deputat gizli şəkildə toy, yas mərasimləri keçirənlərlə bağlı münasibət də bildirib: “Düz edirlər, başqa nə etməlidirlər? Çox adam yığmaq olmaz, əvvəllər şöhrətpərətslikdən edirdilər bunu. Amma qadağalar edəndə sosial problem yaradır. Heç olmasa deyilməldir ki, 20 nəfərlik toya icazə verilir. Verilmirsə, insanlar nə etməlidir?! İnsan gizli formada edəcək də… Bu da iqtisadiyyat kimidir. Necə ki, əvvəllər sovet dövründə də xarici ölkələrin paltarlarını geyinməyi qadağan edirdilər. Hamı qara bazardan, ”Kubinka”dan paltar tapırdı. Qadağan edəndə bilməlisən ki, insanlar onu hansısa formada əldə edəcəklər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password