Zəngəzur Azərbaycana bu cür qayıdacaq – Moskvadan baxış
Hətta hərbi analiz sahəsində istənilən diletant belə ən azı Ermənistan dövlətinin dağılmasına gətirib çıxara bilən üç əsas faktoru dəqiq deyə bilər: ərazilərin itirilməsi, daxili siyasi münaqişə və xarici müdaxilə.
Bu barədə açıqlamasında Beynəlxalq Siyasi təhlil və Proqnozlaşdırma Mərkəzinin prezidenti, rusiyalı siyasi analitik Denis Korkodinov bildirib.
Onun sözlərinə görə, bu amillər Ermənistan ərazisinin tam parçalanmasının başlanğıc nöqtəsidir:
“Bununla yanaşı, Bakını bu ssenarinin reallaşdırılmasında ittiham etmək sadəlövhlük olardı, çünki Azərbaycan İkinci Qarabağ müharibəsini uğurla başa vurduqdan sonra İrəvandakı daxili siyasi qalmaqalları və Ermənistan ordusunun parçalanmasını sadəcə müşahidə edir. Nəticə etibarilə, Azərbaycana bir güllə atmadan belə Ermənistanın öz təşəbbüsü ilə təqdim edəcəyi bütün torpaqları geri götürmək qalacaq. Bu, Çiçəklənən Ermənistan Partiyasının deputatı, sabiq xarici işlər naziri Vartan Oskanyanın dediyi kimi Zəngəzura, o cümlədən hazırda rus sülhməramlılarının nəzarətində olan Azərbaycanın Xankəndi şəhərinə də aiddir.
Rəsmi İrəvanın bir sıra məsələlərin öhdəsindən gələ bilməməsi erməniləri tarixi ədalətin bərqərar olunması ilə barışmağa məcbur edərək”, – deyə həmsöhbətimiz qeyd edib./axar.az