Sarkisyan yenə də Paşinyanın namizədini təsdiqləməyib – qərar geri qaytarıldı

 

Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə Artak Davtyanın namizədliyini təsdiqləməyib.

“Novosti Armeniya”yanın yaydığı xəbər görə, məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb.

“Prezident baş nazir Nikol Paşinyanın Artak Davtyanı Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilməsi haqqında təklifini imzalamayıb”, – mətbuat xidməti bildirib.

Qeyd edək ki, martın 10-da Ermənistanın baş naziri Nikol Paşinyan general-leytenant Artak Davtyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin olunması təklifi ilə prezident Armen Sarkisyana müraciət edib. A.Davtyan 2018-2020-ci illərdə Silahlı Qüvvələrin Baş Qərargahının rəisi olub.

Xatırladaq ki, martın 10-da Silahlı Qüvvələrinin Baş Qərargahının baş nazir Nikol Paşinyan tərəfindən istefaya göndərilən rəisi general-polkovnik Onik Qasparyan başqa statusda xidməti davam etdirdiyini bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password