Britaniya 44 günlük müharibədə Türkiyəyə bu məlumatları ötürürmüş – ŞOK İDDİA

 

“Qarabağda xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan Böyük Britaniya təşkilatı olan “HALO Trust” 44 günlük müharibə zamanı erməni separatçıları tərəfindən salınan mina sahələrinin xəritəsini Türkiyə xüsusi xidmət orqanlarına təhvil verdib”.

Bu barədə qondarma qurumun separatçı üzvlərindən olan Boris Avakyan 24News-a danışıb:

“Etibarlı mənbələrdən öyrəndim ki, Böyük Britaniya təşkilatı “HALO Trust” müharibə dövründə minalanmış ərazilərin xəritəsini Türkiyənin xüsusi xidmət orqanlarına təhvil verib. Ona görə də bunun sayəsində müharibə zamanı düşmən minalanmış ərazilərdən uğurla keçə bilib. Təhlükəli ərazilərin öyrənilməsi bəhanəsi ilə bu təşkilat Qarabağın bütün ərazisində kəşfiyyat işləri aparırdı”.

Qeyd edək ki, “HALO Trust” kompaniyası 1995-1996-cı illərdən etibarən işğal altında olan Azərbaycan ərazisində fəaliyyət göstərir. Təşkilat maliyyələşmənin dayandırılmasına görə növbəti dəfə 4 il sonra, 2000-ci ildə Qarabağa yenidən qayıdaraq qanunsuz fəaliyyətini bərpa edib. 2011-ci ildə isə Britaniya hökuməti Azərbaycanın tələbi ilə “HALO Trust” təşkilatının Qarabağ layihəsinin maliyyələşdirilməsini dayandırıb. Lakin bundan sonra, ABŞ-ın USAID dövlət agentliyi Qarabağda “fəaliyyət” göstərən təşkilatın donoruna çevrilib.

Qeyd edək ki, rəsmi Bakı dəfələrlə “HALO Trust” şirkətini qanunsuz və beynəlxalq hüquqa zidd hərəkətlərdə ittiham edib. Çünki şirkətin işğal altındakı ərazilərə daxil olması rəsmi Bakının icazəsi olmadan baş tuturdu, həm də orada hansı işlərin, hansı miqyasda, nə məqsədlə həyata keçirilməsi barədə dövlət qurumlarımız heç bir zaman məlumatlandırılmırdı./konkret.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password