“10 il sonra iclaslara “ışınlanaraq” gedəcəksiniz” – Texnoloji inqilab

Feysbukun qurucusu Mark Zukerberq teleportasiya texnologiyasının kəşf olunacağı tarixi açıqlayıb. O, deyib ki, 10 il sonra iclaslara “ışınlanaraq” gedəcəksiniz.  
M.Zukerberq bu barədə “The İnformation”a  müsahibəsində danışıb:
“Sosial ekspermentlərin müqəddəsliyi bir başqası ilə birgə olduğunuz hissini verə bilməsindədir. Gələcəyin informasiya platformasının virtual reallığı olacaq və  bu sahəyə investisiya etməyin məntiqli olduğuna inanıram. 2021-ci ildəyik bitləri (məlumatların saxlanılmasında ən kiçik fayl vahidi-.red) hərəkət etdirmək atomları tərpətməkdən daha asandır.
Təbii ki, maşınlar, təyyarələr daim olacaq. Amma daha çox teleportasiya edəndə təkcə yer dəyişdirmirik, həm də bizi ləngidən şeyləri aradan qaldırırıq.
Eyni zamanda bunun cəmiyyət və bütün kainat üçün daha yaxşı olduğunu düşünürəm. Virtual reallığa keçid dünya üçün ən yaxşısdır. Karbon emissiyası da ciddi azalacaq. 10 il sonra iclaslara teleportasiya yolu ilə gedəcəksiniz. Bunun üçün virtual reallıq inkişaf etməlidir. İnkişaf etdiricilərin cəzb edilməsi üçün 10 milyon aktiv istifadəçiyə sahib olunmalıdır və böyük bazara çevrilməlidir.
Bu gün virtual reallıqda harada olduğumuzu düşünəndə eksperment apar bilərik.Yüksək səviyyəli oyunlar və fərqli təcrübələr mövcuddur. Lakin öz avatarınıza sahib olduğunuz, başqası ilə göz təması qurduğunuz, avatarınıza yansıyan real ifadələrin yer aldığı mərhələyə çatmağı çox istəyirəm”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password