Pandemiyada doğum sayı kəskin azalıb – İkinci Dünya Müharibəsindən bəri ən aşağı göstərici qeydə alınıb

 

Britaniyada nəşr olunan “The Financial Times” qəzetinin yazdığına görə, koronavirus pandemiyası təkcə insanların həyatına son qoymur. Bəzi ölkələrdə dünyaya gələn körpələrin sayında da kəskin azalma var.

Fransanın Milli Statistika İnstitutu yanvarda doğulan körpələrin sayını açıqlayıb. COVİD-19 pandemiyası ölkəni ilk qapanmaya getməyə məcbur etdiyi vaxtdan düz doqquz ay sonra ölkədə 53 min 900 körpə dünyaya gəlib, yəni ötən ilin yanvarından 13 faiz az.

Avropa Birliyinin 27 üzvü içində doğum səviyyəsinin ən yüksək olduğu Fransa üçün bu, 1970-ci illərin körpə bumundan bəri ən kəskin azalmadır.

Dekabrda da doğum bir il öncənin eyni dövrüylə müqayisədə 7 faiz azalmışdı. Ümumilikdə, ötən il Fransada 735 min körpə doğulub ki, bu da İkinci Dünya Müharibəsindən bəri ən aşağı göstəricidir.

“Belə fikirlər ki, cütlüklər evdədirsə, daha çox körpə dünyaya gələcək… Əslində isə çoxları üçün bütün vaxtı birlikdə olmaq çətindir”, – Fransa Milli Demoqrafik Araşdırmalar İnstitutundan Anna Solaz deyib.

Qəzet yazır ki, ilkin məlumatlar İspaniya və İtaliyada da doğum səviyyəsində kəskin azalmanı üzə çıxarır. Bu iki ölkə onsuz da əhalinin qocalması problemiylə üzləşib. Böyük Britaniya və Birləşmiş Ştatlarda da oxşar tendensiya baş verir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 126 min 571 körpə doğulub. Beləliklə, ötən il doğulan uşaqlarda azalma olub. 2019-cu ildə 141 min 179 doğulan körpə qeydə alınmışdı.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password