Ermənistanda baş qərargah rəisi vəzifəsindən azad edildi

 

Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Onik Qasparyan vəzifəsindən azad edilib.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, O.Qasparyan qanuni yolla vəzifəsindən azad edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl O.Qasparyan bəyanat yayaraq N.Paşinyanı istefa verməyə çağırmışdı.

Bunu dövlət çevrilişi cəhdi kimi qiymətləndirən baş nazir generalı işdən azad etdiyini demiş və müvafiq müraciəti imzalanması üçün prezidentə göndərmişdi.

Prezident Armen Sarkisyan Baş qərargah rəisini istefaya yollamaqdan imtina etmişdi./trend.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password