“Bayden bu addımı atsa…” – Azərbaycan və Türkiyəyə qarşı skandal təklif

 

Ermənipərəst konqresmenlər fəallaşıblar. Amerikadakı erməni lobbisinin bir qrup təmsilçisi hesab edir ki, 46-cı prezidenti Co Baydenin “erməni soyqırımı”nı tanıması üçün münbit atmosfer formalaşıb”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, bu işin erməni lobbisinin təsiri altında olan Senatın xarici əlaqələr komitəsinin sədri Bob Menendes dayanır:

“O, Baydeni “erməni soyqrımı”nı tanımağa çağırıb. O Ağ Ev sahibinə yazdığı məktubda Baydeni bu cümlə ilə şantaj edib: “Cənab Bayden, Siz 24 aprel 2020-ci il tarixində verdiyiniz açıqlamada “erməni soyqırımını” tanıyacağını vəd etmişdiniz”. Yəni demək istəyir ki, “verdiyin vədi yerinə yetir”.

Erməni lobbisi hesab edir ki, Menendesin təşəbbüsünə onlarla konqresmen dəstək verəcək. Bu arada, erməni lobbisinin təmsilçilərinin maraqlı təsbitləri diqqəti çəkir.
Birincisi, erməni lobbisi hesab edir ki, Ermənistan hakimiyyəti Türkiyə ilə yaxınlaşma siyasətinə baş vurmamalıdır. Çünki, bu baş verərsə, Co Bayden “erməni soyqırımını” tanımaqdan imtina edə bilər. Baydenin məntiqi belə ola bilər ki, “soyqırımın” tanınması Türkiyənin Ermənistanla yaxınlaşmasına, diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına mane ola bilər. Həqiqətən 10 noyabr və 11 yanvar bəyanatları Ermənistanın Azərbaycan və Türkiyə ilə əməkdaşlığa başlamasına imkan yaradır”.

Elxan Şahinoğlu bildirib ki, Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyan əməkdaşlığın başlaması əleyhinə deyil, o bunun ölkə iqtisadiyyatını canlandıracağını düşünür:
“Erməni lobbisini isə Ermənistan iqtisadiyyatının gələcəyi və soydaşlarının ağır sosial durumu maraqlandırmır. Onlar əsas dərdi “soyqırımın” tanınmasına nail olmaqdır. Co Baydenin “soyqırımı” tanıması Ermənistanın Türkiyə ilə yaxınlaşmasına mane olacaq. Çünki İrəvan erməni lobbisi ilə üz-üzə qalmamaq üçün Baydenin “soyqırımı” tanımasına dəstək verməli olacaq. Bu isə Ermənistan-Türkiyə münasibətlərinə yaxşı heç nə vəd etmir.

İkincisi, erməni lobbisinin təmsilçiləri keçmişdə Baydenin konqresmen kimi “soyqırımı” dəstəklədiyini bildirsələr də, onun Barak Obamanın dövründə vitse-prezident olduğu dönəmdə isə mövzuya az maraq göstərdiyini vurğulayırlar.

Erməni lobbisinin təmsilçiləri onu da etiraf edirlər ki, Konqresin iki palatası erməniləri və ya Ermənistanı sevdiklərinə görə “erməni soyqrımını” tanımayıblar, əsas hədəf Türkiyədir. Yəni konqresmenlər Türkiyənin siyasətindən narazı qaldıqları üçün “soyqırımı” dəstəkləmək vasitəsilə Ankaranı cəzalandırmağı düşünürlər. Bununla ermənilər Amerikanın Türkiyə əleyhinə siyasətində alət olduğunu etiraf edirlər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password