Rusiya sərhədə 200 min hərbçi və hücum təyyarələri yerləşdirdi

 

2014-cü ilin əvvəlində Ukrayna ordusu öz dövlətini qorumağa hazır deyildi. Kritik vəziyyətdə olan ölkənin imkanları həddən artıq məhdud idi.

Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Aleksandr Turçinov deyib.

“Bir çox insan əsas təhlükənin tamhüquqlu bir qitə müharibəsi olduğunu anlamır. Rusiya Baş Qərargahı Krımdakı Ukrayna ordusunu 1 marta qədər qırmağı planlaşdırırdı. 1 martda Rusiya parlamenti tərəfindən qərar verildi və yarımadanın istilası başladı. O zaman Ukrayna Kremlin planlarını pozaraq dövlətimizi qoruya bildi. Sonra Donbasda indi də davam edən bir hərbi əməliyyata başladılar. Bunlar o dövrün gerçəkləridir, onları bilmək və başa düşmək lazımdır”, – Turçinov qeyd edib.

Turçinov bildirib ki, yarımadanın işğalı zamanı bir çox Ukrayna əsgəri Rusiya tərəfinə keçdi: “Ukraynanı təslim etmək istəməyənlərin sayı hərbçilərin təxminən 30%-i qədər idi. Onlar da hərbi hissələrini müdafiə etmək əmrini aldılar”.

Onun sözlərinə görə, Rusiya Baş Qərargah rəisi Ukrayna sərhədində çox güclü hərbi qruplaşma – ehtiyatı olan 200 mindən çox hərbçi cəmləşdirib və sərhəd aerodromlarında qurudan hücum təyyarələri yerləşdirib./axar.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password