Ictimai iaşə obyektlərində 1000-dən çox nöqsan aşkar edilib

 

Cari ilin 01-07 mart tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 22642 monitorinq həyata keçirilmiş və 1109 nöqsan aşkar edilib.

Bu barədə AQTA-dan bildirilib. Bakı şəhəri üzrə ən çox nöqsan Xətai rayonunda (30 nöqsan), ən az isə Qaradağ və Suraxanı rayonlarında (hər birində 5 nöqsan) aşkar edilib.

Ən çox aşkar olunmuş nöqsanlar:

İşçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi – 931 (84 %);

Masa (2 metr) və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmaması – 124 (11%);

Ümumilikdə, 25.09.2020-ci il tarixdən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 55316 monitorinq həyata keçirilmiş və 3210 nöqsan aşkar edilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password