BMT nümayəndəsi Ermənistandan qaçıb
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaq Təcili Yardım Fondunun (UNICEF) Ermənistan bürosunun rəhbəri Mariyanna Klark-Hettinq tələsik ölkəni tərk edib.
Məlumat Ermənistan mətbuatına ölkənin Xarici İşlər Nazirliyindəki mənbə tərəfindən təsdiqlənib.
Bildirilib ki, “tələskənlik” Hettinqin vəzifəsi əsnasında etdiyi bəzi səhvlərdən qaynaqlanır. Lakin bu səhvlər açıqlanmır. Yerli teleqram kanallarından biri isə bunun səbəbinin casusluğa məruz qalması ola biləcəyini yazır.
Qeyd edək ki, Mariyanna Klark-Hettinq Ermənistanda cəmi 8 ay çalışıb. Əvvəlki 4 il ərzində isə Malayziyada işləyib.
UNICEF Birləşmiş Millətlər Təşkilatının uşaqlara və analara həsr olunmuş təşkilatıdır. Əsas məqsədləri uşaq ölümünü azaltmaq və uşaqlar arasında təhsil səviyyəsini artırmaqdır.