BMT nümayəndəsi Ermənistandan qaçıb

 

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaq Təcili Yardım Fondunun (UNICEF) Ermənistan bürosunun rəhbəri Mariyanna Klark-Hettinq tələsik ölkəni tərk edib.

Məlumat Ermənistan mətbuatına ölkənin Xarici İşlər Nazirliyindəki mənbə tərəfindən təsdiqlənib.

BMT nümayəndəsi Ermənistandan qaçdı - ŞOK SƏBƏB

Bildirilib ki, “tələskənlik” Hettinqin vəzifəsi əsnasında etdiyi bəzi səhvlərdən qaynaqlanır. Lakin bu səhvlər açıqlanmır. Yerli teleqram kanallarından biri isə bunun səbəbinin casusluğa məruz qalması ola biləcəyini yazır.

Qeyd edək ki, Mariyanna Klark-Hettinq Ermənistanda cəmi 8 ay çalışıb. Əvvəlki 4 il ərzində isə Malayziyada işləyib.

UNICEF Birləşmiş Millətlər Təşkilatının uşaqlara və analara həsr olunmuş təşkilatıdır. Əsas məqsədləri uşaq ölümünü azaltmaq və uşaqlar arasında təhsil səviyyəsini artırmaqdır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password