Moskvada Azərbaycan məhsullarının satıldığı daha bir stend açıldı

 

Bu gün Moskva şəhərində “Crocus City” AVM-dəki “Tvoi Dom” hipermarketində “Azərbaycan nemətləri” adlı sayca üçüncü stend açılıb.

Yeni stenddə 40-dan artıq şirkət 150 adda məhsullarını təqdim edir.

“Beynəlxalq Qadınlar Günü ərəfəsində “Azərbaycan nemətləri”nə dair sayca üçüncü stendi açdıq. Moskva şəhərinin sakinləri və qonaqları həm ləzzətli, həm ekoloji təmiz, həm də sərfəli qiymətə satılan Azərbaycan məhsullarına üstünlük verir. Hesabatlardan da göründüyü kimi, məhsul satışlarının həcmi 300 faiz artıb”, – Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev açılış mərasimində bildirib.

“Tvoi Dom” hipermarketlər şəbəkəsinin reklam və PR şöbəsinin müdiri Məhərrəm Əhmədov da açılan stendin Azərbaycan məhsullarını Rusiya sakinlərinə daha geniş tanıtdırmaq məqsədi daşıdığını bildirib: “Bizdəki məhsul bolluğu içində Azərbaycan məhsullarının satıldığı stendi fərqləndirərək həm Azərbaycanın adət-ənənələrini, həm də məhsullarımızın tarixi keçmişdən gələn yüksək keyfiyyətini göstərmək istəyirik”.

Qeyd edək ki, layihənin təməli 2018-ci ildə Azərbaycan səfirliyi və ticarət nümayəndəliyi tərəfindən keçirilmiş “Azərbaycanın payız nemətləri” adlı festivalla qoyulmuşdu. 2019-cu ildə isə ticarət nümayəndəliyi Moskva şəhərində “Tvoi Dom” şəbəkəsinə aid bütün hipermarketlərdə “Azərbaycan nemətləri” stendlərinin açılmasına dair “Crocus Group” şirkətilə strateji əməkdaşlıq müqaviləsi imzalayıb. Məhz bunun nəticəsində ötən il ərzində stendlərin quraşdırıldığı hipermarketlərdə Azərbaycan məhsullarının satışları 300 faiz artdı.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password