Xaricdən onlayn sifariş edilən məhsullar niyə gec gəlir? – Komitə sədrindən açıqlama

 

Azərbaycanda əhalinin internet vasitəsilə xarici ölkələrdə fəaliyyət göstərən saytlardan sifariş etdiyi məhsulların çatdırılmasında gecikmələrə aydınlıq gətirilib.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib ki, gecikmələr bağlamaları çatdıran kuryer şirkətləri ilə bağlıdır.

S.Mehdiyev bildirib ki, Dövlət Gömrük Komitəsi daxil olan bağlamaların 85 faizdən çoxunu elə həmin gün şirkətlərin anbarına təhfil verir: “Dövlət Gömrük Komitəsinin yalnız tələbi ondan ibarətdir ki, rüsum ödənilməsi tələb olunan dəyəri 300 dollardan çox olan bağlamalar barədə məlumat verilsin”.

Komitə sədri qeyd edib ki, pandemiya ilə əlaqədar olaraq xaricdən gələn bağlamaların sayı xeyli çoxalıb. O bildirib ki, şirkətlər tərəfindən bağlamaların çeşidlənməsində çətinliklər var, az sayda əməkdaşlar bu işi tez zamanda çatdıra bilmir: “Biz şirkətlərə tövsiyələr veririk ki, çeşidləmə üçün lazımi avadanlıqlar alsınlar, iş prosesini sürətləndirsinlər. Yəni bağlamaların çatdırılmasında gecikmələr gömrük orqanları ilə bağlı deyil”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password