“Qurdlar Vadisi”nin rejissoru Qarabağ haqqında bədii film çəkəcək
Türkiyənin “Sinegraf” kino şirkətinin rəhbəri, rejissor Osman Sınav Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla görüşündən danışıb.
Aktualinfo.org xəbər verir ki, o, “Report”un yerli bürosuna açıqlamasında bildirib ki, görüşdə mühüm məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, gələcək hədəflər müəyyənləşdirilib.
“Hazırda Qafqaz İslam Ordusunun köməyi ilə Bakının azad edilməsindən sonra Azərbaycanın Türkiyədəki Qurtuluş savaşına yardımı və dəstəyi mövzusu ilə bağlı ciddi layihə üzərində işləyirik.Təbii ki, layihə reallaşdırıldığı zaman həm Azərbaycan, həm də Türkiyə telekanallarının öz dəstəklərini əsirgəməyəcəklərindən əminəm”, – O.Sınav deyib.
Qeyd edək ki, O.Sınav Türkiyədə və dünyada populyarlıq qazanan bir çox film və teleserialların rejissorudur. O, “Dəli Ürək”, “Qurdlar Vadisi”, “Sən Anlat Qara Dəniz” və s. məşhur teleserialları ərsəyə gətirib.