Qarabağdakı işlər “bərpa” deyil… – Arkov

Azad edilmiş ərazilərin infrastrukturunun bərpası bu gün Azərbaycan rəhbərliyi üçün əsas prioritetlərdən biridir. Bunu heç bərpa da adlandırmaq düz deyil, çünki orada hər şey yenidən qurulacaq. Bu ərazilər üç onillik ərzində, İrəvanın de-fakto nəzarəti altında olan dövrdə praktiki olaraq dağıdılıb.

Bu sözləri açıqlamasında beynəlxalq münaqişələr üzrə ekspert Vitali Arkov bildirib.

Onun sözlərinə görə, ilk növbədə Azərbaycanın Qarabağ bölgəsində nəqliyyat və enerji infrastrukturunu yaratması regionda irimiqyaslı tikinti işlərinə başlamağa imkan verəcək:

“Bura təkcə azərbaycanlı qaçqınların doğma yerlərinə qayıtmağa imkan verən yaşayış evləri və sosial obyektlər deyil, məktəblər, xəstəxanalar, ticarət müəssisələri və s. aiddir. Regionda iqtisadi artım nöqtələrinin formalaşdırılması, xeyli sayda iş yerinin yaradılması vacibdir. İlk növbədə, əlbəttə ki, aqrar sektor – əkinçilik və heyvandarlıq, emal zavodları açılmalıdır.

Regionun əhəmiyyətli turizm potensialını da unutmaq olmaz – əraziləri minalardan təmizlədikdən və lazimi şərait yaradıldıqdan sonra Azərbaycan xarici turistlərə “Qafqazın İsveçrəsi”ni təqdim edəcək.

Region, həmçinin “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin qollarından biri kimi də maraqlıdır”.

Arkov vurğulayıb ki, bu gün Azərbaycan iqtisadiyyatı postsovet məkanında ən dinamik inkişaf edən iqtisadiyyatlardan biridir. Lakin regionun bərpası külli miqdarda maliyyə tələb edir:

“Burada da Bakı qardaş Türkiyənin investisiyalarına, Rusiyada kifayət qədər nüfuzlu və varlı olan Azərbaycan icmasının dəstəyinə, həmçinin Qətərdən olan biznesmenlərin layihələrinə bel bağlaya bilər. Buna maraq artıq bu gün müşahidə olunur”./axar.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password