“Gürcüstan və Ukrayna üçün NATO-nun qapıları açıq qalır” – Stoltenberq

“Gürcüstan və Ukrayna üçün NATO-nun qapıları açıq qalır”.
 Bunu NATO Baş katibi Yens Stoltenberq Avropa Kollecində (College of Europe) çıxışı zamanı deyib.
O bildirib ki, bu ölkələr təşkilata üzv olmaları üçün islahatları davam etdirməli və korrupsiyaya qarşı mübarizə aparmalıdırlar.
“Alyansa qoşulmaq üçün ölkələrin NATO standartlarına cavab verməsi lazımdır. Mənim bu ölkələrə əsas mesajım bundan ibarətdir ki, islahatlara, demokratik institutların müasirləşdirilməsinə və korrupsiyaya qarşı mübarizəyə fokuslansınlar. Biz bu ölkələrə islahatların aparılmasında aktiv yardım edirik”, – deyə Y. Stoltenberq bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password