Ermənistan iki yerə parçalanacaq – Lepexin

 

Nikol Paşinyan “ən yaxşı müdafiə – hücumdur” deyərək, hazırda bu sxem üzrə hərəkət edir. Bununla o, qarşıdurmaların katalizatorlarından birinə çevrilir. Açığını desək, Ermənistan əsl siyasi dalana dirənib. Bir tərəfdən Nikol və onun komandası, digər tərəfdən “Qarabağ klanı”nın üzvləri. Hadisələrin ssenarisi isə Qərbdir.

Bu barədə erməni nəşri “168.am”a açıqlamasında Avrasiya İqtisadi İttifaq İnstitutunun direktoru Vladimir Lepexin bildirib.

Onun sözlərinə görə, Ermənistan parçalanmış, qarşıdurma tərəflərindən heç birinin qələbə qazanmayacağı siyasi dalana dirənib:

“Tərəflərdən biri qəti addım atmağa qərar verməyincə Ermənistanda bu xaotik vəziyyət uzun müddət davam edə bilər. Müxalifət hələ də belə bir addım ata bilmir, Nikol isə ölkə Konstitusiyasının dəyişdirilməsi ilə bağlı referendumdan narazılığını ifadə etmək qərarına gəlir. Təbii ki, müharibəni uduzan və hələ də müharibədə itkin düşmüş və yaralanmış şəxslərin adlarını aydınlaşdıra bilməyən ölkə üçün belə vəziyyət normal deyil.

Əsas faktor müxtəlif “Qərb güc mərkəzləri”dir. Bir tərəfdən onlar Paşinyan hökumətini dəstəkləyirlər, digər tərəfdən isə onu çaşdırırlar, öz çoxsaylı agentləri vasitəsilə bu hökumətdə spekulyasiya etməyə çalışırlar. Qərb Ermənistanı parçalayacaq. Bu ölkə iki yerə bölünəcək”, – deyə Lepexin vurğulayıb./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password