Yeni Suraxanıda,neft quyularının üstündə tikinti aparmağa kim icazə verib?
Bakı şəhəri Nizami rayonu Ə. Kurcalı ev 6, mənzi 46-da yaşayan birinci Qarabag müharibəsi əlili, ehtiyyatda olan kapitan Fərziyev Güləli Şahüseyn oglu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və digər aidiyyatı qurumların rəhbərlərinə müraciət ünvanlanıb.
Vətəndaş Güləli Fərziyev sözügedən müraciətdə yazır ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Samir Əliyev mərkəzi kucə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən torpaq sahəsində Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun göstərişi ilə bağlı hasara alınıb və ticarət məgsədi ilə tikinti işləri başlanmışdır. Həmin torpaq sahəsi maşınların dayanması, məktəbə gələn valideyn və uşagların rahat hərəkət etməsi üçün tərəfimdən abadlaşdırılmışdır. Bir sahibkar və qazi kimi mən dövlətə və xalqımıza xidmət etməyi düşünürdüm. Ağaclar əkmişdim, su olmadığından artezian quyusu qazmışdım və həmən ağaclara qulıluq edirdim, hətta vedrələrlə ağaclara su verirdim ki, inkişaf etsinlər. Arzularım və istəklərim puça dönub. Mən həmin əraziyə beş-altı yüz maşın torpaq daşıtdırmışdım. Bu ərazini mənim və balalarımızın əlindən aldılar. Rayon İcra Hakimiyyətinin başçısı bu torpaq sahəsini satmasından özünü padşah kimi apararaq məni hədələyir. Respublika pəhbərliyinin hörmətli rəhbər vəzifəli şəxslərin adlarını halandırmaqla bu torpaqlarda qohumlarına obyekt tikib, iş yeri yaradır deyirlər. Məktəb ətrafında maşınla hərəkət qeyri mümkün vəziyyətdədir. Dəfələrlə bu ərazidə,bu yolda uşaqlarımız maşın altında qalıb, bir neçəsi həlak olmuşdur. Cənab Prezident siz Ramana qəsəbəsində yaşayış binaların acılşına gələn gunu bu hasar və tikilinin bir hissəini sökdulər. Bu gün isə yenidən zəbt etmə və alqı-satqı davam edir. Bir daha sizdən xahiş edirəm ki, uşaqlarımızın və məktəblilərimizin rahat təhsil alması xatirinə bu qanunsuzluğa son goyulmasına göstəriş verəsiniz.
Aktualinfo.org bir neçə gün əvvəl Suraxanı rayon ərazisində,Yeni Suraxanı Samir Əliyev küçəsində, 316 saylı tam orta məktəbin qarşısındakı boş torpaq sahəsində qanunsuz tikilinin aparılması barədə məlumat yaymışdı və sözügedən ərazidə tikinti işlərinin aparılmasına kimin icazə verməsinə toxunmuşdu.Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovmu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsimi, yoxsa hansısa başqa bir qurummu? Başqa qurum demişkən. Tikinti işləri neft quyularının üstüdə aparılır. Başqa vaxt SOCAR-ın təhlükəsizlik idarəsi vətəndaşların başının üstünü kəsdirir. Necə olur ki,neft quyularının üstündə obyekt tikilir,SOCAR isə olanlara göz yumur? Bir mətbuat orqanı olaraq qarşıya qoyduğumuz həmin suallar bu gün də aktuallığını itirməyib. Təbii ki,ərazinin satılmasını iddiasını heç kim üzərinə götürməyəcək.Bəs qanun nələri deyir.
Qeyd edək ki, 2018-ci ilin avqustunda dövlət başçısının fərmanı ilə Bakıda şəhərində tikinti sahəsində vəziyyəti daha da yaxşılaşdırmaq məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib. Eyni zamanda fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi komitəyə həvalə olunub.
Qanuna görə ikintiyə icazə icraatı çərçivəsində sənədlərin tamlığı təmin edilərək təqdim olunduğu gündən etibarən, tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu baxımından Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəy bildirməlidir. Tikintiyə icazəni yerli icra hakimiyyəti orqanının verdiyi hallarda, Komitə icazə verən orqanın sorğusu əsasında rəy bildirir. Tikintiyə icazəni yerli icra hakimiyyəti orqanının verdiyi hallarda, komitə müəyyən müddət ərzində rəy bildirmədikdə, yerli icra hakimiyyəti iradların olmaması prezumpsiyasından çıxış edir və tikinti layihəsi şəhərsalma sənədlərinə uyğunluğu baxımından razılaşdırılmış hesab olunur.
Təbii ki,Suraxanı rayon İcra Hakimiyyəti ərazidə tikinti işlərinin aparılmasına təkbaşına sənəd verə bilməz. İndi Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsinə birbaşa cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin strukturuna daxil Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsidir. Hansı ki, bu qurum Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2018-ci il tarixli Fərmanıa qədər Bakı Şəhər İcra Hakimiyyətin strukturuna daxil idi. Artıq Bakı şəhərində tikintiyə icazəni şəhərsalma planlarına uyğun olaraq bəhs etdiyimiz idarə verir. Həm də yerli özünüidarəetmə strukturları ilə razılaşdırılmış qaydada. Bəlkə ərazidə tikinti işlərinin aparılmasına Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev icazə verib? Bu alqı-satqıda Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun rolu olubmu? Bəlkə ərazidə tikintiyə SOCAR rəsmiləri tərəfindən icazə verilib? Onu da deyə bilmərik. Amma faktiki olaraq ərazidə tikinti işləri aparmaq istəyənlərin nümayəndəsi sənədi olduğunu bildirib. Bu sənədin kim və ya kimlər tərəfindən,hansı məqsədlər üçün verildiyi tərəfimizdən araşdırılır. Növbəti yazılarımızda bütün bu qaranlıq suallara aydınlıq gətirməyə çalışacağıq.
Aktualinfo.org