Ermənistan atəşkəsi poza bilərmi?

“Hər halda Rusiya baş nazirin  devrilməsində maraqlı deyil”
 
“Çünki müqavilənin pozulmasını istəmir. Ona görə də rəsmi İrəvan “şıltaqlığa” cəsarət etməz”
 
“Paşinyan hakimiyyətdən getsə, müəyyən proseslər, o cümlədən erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması, Zəngəzur dəhlizinin açılması ləngiyə bilər”
 
Rusiya İrəvandakı hadisələrdən asılı olmayaraq, Ermənistanın Dağlıq Qarabağla bağlı üçtərəfli sazişə riayət edəcəyinə ümid edir.
Bunu RİA “Novosti” agentliyinə müsahibəsində Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.”Biz  Ermənistan rəhbərlərinin məsuliyyətinə çox ümid edirik, hansısa hadisələrin baş verməsindən asılı olmayaraq, Dağlıq Qarabağla bağlı sazişin icra olunmasında davamlılıq olmalıdır. Bu sazişə zidd olacaq hər hansı hərəkət, addım böyük faciəyə gətirib çıxara bilər. Buna yol vermək olmaz”, – deyə o qeyd edib.
V. Matviyenko üçtərəfli sazişin imzalanmasının Cənubi Qafqaza sabitlik gətirdiyini də xatırladıb.
Kremlin hazırda hərbi əməliyyatların bərpasında maraqlı olmadığı aydındır. Çünki imzalanan üçtərəfli bəyanatda onun da imzası var. Odur ki, Moskva bütün imkanları ilə sabitliyin qorunmasına çalışır. Bizim konstruktiv mövqeyimiz də məlumdur. Amma daxildə çox xaotik vəziyyətin yaşandığı Ermənistandakı revanşist qüvvələr “dil boğaza qoymur”, ard-arda ultimatumlar səsləndirirlər. Yaxşı, nəsə edə bilərlərmi?
Politoloq Fərhad Mehdiyev bu barədə açıqlamasında bildirib ki, təxribat yalnız bir halda mümkündür:
“Narazı qüvvələr hakimiyyətə gəlmək üçün cəbhə bölgəsində təxribat törədə bilərlər. Lakin biz son mitinqlərdə də gördük ki, Paşinyanın tərəfdarları kifayət qədər çoxdur. Deməli, xalqdan dəstək alaraq revanşistlərin hakimiyyətə gəlməsi mümkün deyil. Dediyim kimi, müxalifət ictimai rəyi formalaşdırmaq məqsədilə “dəcəllik” edə bilər. Lakin bu, yalnız hakimiyyətə gəlmək üçündür. Paşinyanı devirəndən sonra isə Rusiyanın razılığı olmadan kimsə atəşkəsi poza bilməz”.
Politoloq, həmçinin Rusiyanın məsələyə münasibətinə də toxundu:
 “Belə atəşkəslər indiyədək çox olub. Yəni pozula bilər. Biz razılaşmanın doqquzuncu bəndinin reallaşmasına çalışmalıyıq. Əlbəttə, Paşinyan hakimiyyətdən getsə, müəyyən proseslər, o cümlədən erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması, Zəngəzur dəhlizinin açılması ləngiyə bilər. Hər halda Rusiya baş nazirin  devrilməsində maraqlı deyil. Çünki müqavilənin pozulmasını istəmir. Ona görə də rəsmi İrəvan “şıltaqlığa” cəsarət etməz”./sherq.az

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password